1. Meyitin sarındığı ağ, bez. Kəfən oğrusundan adamlıq ummazlar. ( Ata. sözü ).
2. Keçmişdə: zəvvarların, dindar, mövhumatçı müsəlmanların dini ayinlər zamanı geydikləri kəfənə oxşar uzun ağ paltar.
3. məc. Ölüm rəmzi kimi.
Azəri torpağı son kəfənimdi; Doymaram bu qara bezimdən mənim.
4. məc. Ağ örtük.
Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdür.
◊ Kəfəni saralmamış – ölümündən az müddət keçmiş.
Kəfəni yırtmaq – ağır, təhlükəli xəstəlikdən qurtarmaq (durmaq).
[Şofer:] Qardaşım … özü də yaralanıb, xəstəxanaya düşüb, amma yenə kəfəni yırtıb çıxıbdır.
Kəfənini boynuna (boğazına) dolamaq (salmaq) – cəsarətlənmək, ürəklənmək, özündən güclü bir adamla mübarizəyə girişmək. İskəndər kişi kəfənini boğazına dolamışdı.
Qorxularından cınqırını çəkməyən adamlar, qocanın mərdliyinə heyran qalmışdılar.