KÖÇMƏK

f.
1. Yaşayış yerini dəyişmək, bir yerdən çıxıb başqa yerə gəlmək, daşınmaq. Təzə mənzilə köçmək. Şəhərdən kəndə köçmək.
– Kazım dayı, Telligili köçdülər; Deyə, bir səs onu həmən ayıltdı… M.Müşfiq.

2. İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişmək, bir yerdən başqa yerə (uçub) getmək. Balıqlar çaydan gölə köçdü. Quşlar isti ölkələrə köçdü.
– Cəfayi-xari görüb köçdü bağdan bülbül. Füzuli.
Yenə qatar-qatar hara köçürsüz? M.Rahim.

3. məc. Ərə getmək, gəlin getmək.
Şah qızı əmirə köçəndə özü ilə qarabaş paltarında beş cəllad aparmışdı. (Nağıl).
[Vəzir:] [Xan] bu saatda Nisə xanımdan ötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçmək tədarükünü gör! M.F.Axundzadə.

4. məc. Ölmək, dünyadan getmək. Köçdü, heyf oldu, gözəl.
Vaqif dəxi düşməz ələ: Bir siyah kirpik ucundan bağrımı dələ-dələ… M.P.Vaqif.
Vədə yaxınlaşıb, köçmək çağıdır; Bir özgə diyara bu gündən belə. Q.Zakir.
Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir. M.Rahim.

◊ Dünyadan köçmək, o dünyaya köçmək – bax dünya.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖÇMƏK 1. KÖÇMƏK (köçüb başqa yerə getmək) Sabahısı günü Ağca xanım anası ilə şəhərə köçdü (S.S.Axundov); DAŞINMAQ Student xanımla vidalaşaraq iki gündən son
  • KÖÇMƏK getmək
KÖÇMƏ
KÖÇÜRDÜLMƏ

Digər lüğətlərdə

аванта́жный заплута́ться конкретизова́ться подхалю́за смутья́нить тще́тность чили́га бесту́жевский бракосочета́ние бронхио́лы горицве́т градие́нт ква́рта разношёрстность ссы́лка бахарь вятичи мною butterfly table china closet hungover oblationary panhandle Tynemouth раздражительный