KÖHLƏN

sif. Harın bəslənmiş (at haqqında).
Tövlələrdə köhlən atlar çığırışırmı? F.Köçərli.
Volqadan su içmiş köhlən atların; Üstündə girdablı çaylara cumduq. S.Vurğun.

// İs. mənasında. Köhləni yəhərləmək. Köhləni minmək.
– Sən mənim köhlənim, oynaq atımsan. M.Müşfiq.
[İlyas:] Tərlan kimi coşqun məzaclı bir köhləni isə yalnız minicilik sənətkarlığının zirvəsində duran tək-tək adamlar minə bilərdi. Ə.Məmmədxanlı.

Etimologiya

  • KÖHLƏN Ərəb atlarından biridir, ən qoçaq, gözəl yerişli at cinslərindən hesab olu­nur. Ərəb sözüdür: əsli koheylan kimi olub
KÖÇÜRÜLMƏK
KÖHLƏNLİK

Digər lüğətlərdə