KÜLƏŞLİ

sif.
1. Küləşi olan.
Hətəm dayı … küləşli taxıl yerlərinə baxırdı. Mir Cəlal.

2. Küləşlə örtülmüş, küləş qoyulmuş yaxud küləşlə doldurulmuş. Küləşli çardaq. – Çaydan sonra yatışdıq.
Mən də qeyri dustaqlar tək içi küləşli döşək üstə uzandım. C.Məmmədquluzadə.
[Qaradonlu:] Gecəni bax, o üstü küləşli evdə qalıbmış. İ.Hüseynov.

KÜLƏŞLƏTMƏK
KÜLƏŞLİK

Digər lüğətlərdə