KÜSKÜNLÜK

is. Küsülülük, küsü saxlama, küsmə; inciklik, narazılıq.
Atası ilə anası arasında olan küskünlük, ailə həyatında olan uyğunsuzluq onda acı təsirlər oyadırdı. A.Şaiq.
Dedi: – Az-az görünməyim küskünlükdən nişanədir; Dedim: – Bir az açıq danış, bu sözünün sirri nədir? S.Vurğun.
Lakin gecə keçdiyini görərkən [Sürəyya] babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssizcə ağlamağa başladı. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÜSKÜNLÜK küskünlük bax inciklik
  • KÜSKÜNLÜK inciklik — narazılıq

Antonimlər (əks mənalı sözlər)

  • KÜSKÜNLÜK KÜSKÜNLÜK – BARIŞIQLIQ Əkbəri bir uşaq küskünlüyü bürüdü (Mir Cəlal); Ailələr arasında barışıqlıq oldu (“Azərbaycan”)
KÜSKÜNLƏŞMƏK
KÜSMƏ

Digər lüğətlərdə