Böyük Kəhrizli
Böyük Kəhrizli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Böyük Kəhrizli Ağcabədi rayonunun Kəhrizli inzibati ərazi vahidində kənd. Qarqar çayının sol sahilindən 2 km. aralı, Qarabağ düzündədir. Ərazidəki Bala Kəhrizli kəndindən fərqləndirmək üçün belə adlandırılmışdır. Kəhriz "içməli suyu olan quyu, bulaq" deməkdir. Cəlil Məmmədquluzadənin ömür gün yoldaşı, Qarabağ mahalında öz dövrünün maarifçi və yardımsevər qadını sayılan Qarabağ xanı Pənahəli Xanın nəslindən olan, Həmidə xanım Cavanşir bu kənddə yaşamışdır..