KARL

Qədim tevton dilində (alman və ingilis dilləri bu dildən yaranıb) ”eorl” və “ceorl” insan demək idi. İlk vaxtlar, ola bilsin, bu sözlər eyni mənanı verirdi, ancaq sonradan onların inkişaf yolları ayrıldı. Birincisi ancaq yüksək təbəqədən olan insanlara, ikincisi isə rəiyyətə şamil edildi. İngilis dilində “earl” (erl) sözü birincidən törəyərək geniş yayılmış zadəgan titulu olan qraf mənasında işlənməyə başlandı. “Ceorl” sözünə gəldikdə isə o, “churl”a (kəndli) çevrildi.

Alman dilində bu sözlərdən Karl adı törədi. Təxminən 698-ci ildə Geriştaldan olan frank zadəganı Pepinin qeyri-qanuni oğlu dünyaya gəlir. Atası, çox güman, anasının aşağı təbəqədən olduğuna işarə olaraq adını Karl qoyur. Karl böyüyərək çox güclü bir hökmdara çevrilir və 732-ci ildə Tur ətrafında müsəlmanlar üzərində qələbə çalır. Onu ən çox Çəkic Karl (və ya Karl Martell) kimi tanıyırlar. Bu ad ona döyüşlərdə düşmənə sanki çəkiclə endirdiyi zərbələrinə görə verilmişdi.

Onun nəvəsi də Karl, daha əzəmətli Karl – Böyük Karl oldu. Tezliklə bu ad Qərb monarxları arasında ən populyar ada çevrildi. Avstriya, Böyük Britaniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Rumıniya, İspaniya və İsveç krallarının adları Karl idi. (Ayzek Azimov. Sözlərin tarixi)

KARİKATURA
KARSALA