KAYTARMAK
KAZA
OBASTAN VİKİ
Ato, Kaz və Nik
Ato, Kaz və Nik və ya Sferiklər – 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş futbol üzrə dünya çempionatının rəsmi talismanları. Ato, Kaz və Nik kompüter animasiyası ilə yaradılmış ilk talismanlar idi və onların dünya çempionatına futuristik hava qatmaları gözlənilirdi. Əvvəlki dünya çempionatlarının sevimli talismanlarından fərqli olaraq onlar daha "qorxunc" görkəmə malik idilər. Hətta FİFA balaca uşaqların onlardan qorxa biləcəyini etiraf etmişdir. Talismanlar 1999-cu ilin dekabrında tanıdılsalar da, adları 2001-ci ilin aprelində Seulda açıqlanmışdır. Adlar üçün Yaponiya və Cənubi Koreyadakı internet istifadəçiləri, eləcə də, McDonald's müştəriləri arasında sorğu keçirilmiş və sorğuda 980 mindən çox səs qeydə alınmışdır. Ato, Kaz və Nik, müvafiq olaraq, narıncı, bənövşəyi və göy rəngdə olan personajlardır. Onlar Sferiklər adlı xəyali ailənin tikanbaşlı üzvləridir. Göyün yuxarı qatında yerləşən Atmozona adlı yerdə yaşayırlar və atmobol adlı futbol növünü oynayırlar. Ato məşqçidir, Kaz və Nik isə onun oyunçularıdır.
Ayətullah Kazım Şəriətmədari
Seyid Məhəmməd Kazım Şəriətmədari (az-əbcəd. سید محمد کاظیم شریتمداری‎; fars. محمد کاظم شریعتمداری‎), həmçinin Şəriət-Madari (6 yanvar 1906, Təbriz – 3 aprel 1986, Tehran) — İranın böyük ayətullahı. Əslən İran azərbaycanlılarındandır. O, din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi və ABŞ-ın Tehrandakı səfirliyində diplomatların girov götürülməsini pisləyən Ali Rəhbər Ruhullah Xomeynini tənqid edirdi. 1906-cı ildə Təbrizdə azərbaycanlı (türk) ailəsində anadan olan Şəriətmədari İran və İraqda on ikilik şiələrinin ən yüksək səviyyəli ruhanilərindən biri olub, uzaqgörənliyi və liberal baxışları ilə tanınıb. 1961-ci ildə Ali və Böyük Ayətullah Bürücirdinin (Mərcə' Mutlaq) vəfatından sonra İran, Pakistan, Hindistan, Livan, Küveyt və Fars körfəzinin cənubundakı dövlətlərdə ardıcılları ilə aparıcı mərcələrdən birinə çevrilib. 1963-cü ildə o, şahın Ayətullah Xomeynini Böyük Ayətullah kimi tanıyaraq onu edam etməsinə mane oldu, çünki İran konstitusiyasına görə bir Mərcə edam edilə bilməzdi. Bunun əvəzinə Xomeyni sürgün edildi. Aparıcı müctəhid kimi o, Xomeyninin gəlişinə qədər Qum seminariyasının rəhbəri idi.
Azay Kazımov
Azov kazak alayı
Azov piyada kazak alayı (rus. Азовский пеший казачий полк) — 1696-cı ildə Rusiya Azov qalasını fəth etdikdən sonra Don deltasındakı digər istehkamlar kimi onun qarnizonunun kazak hissəsi. 1711-ci ildə Prut müqaviləsi bağlandıqdan və Azov qalası Osmanlıya qaytarıldıqdan sonra Çerkessk şəhəri yaxınlığında "Tranjement" qalası tikilmişdir. Qala qarnizonunun tərkibində Azov piyada kazak alayı da var idi. 1730-cu ildə "Tranjement" qalası Donun yuxarı axınına köçürülmüş və ona Müqəddəs Anna qalası adı verilmişdir. 9 yanvar 1737-ci ildə Müqəddəs Anna qalasının qarnizonundakı kazaklar Azov kazakları adı ilə Don kazaklarından ayrılmışdır. 1761-ci ildə Müqəddəs Anna qalası Don çayı ilə Rostov və Naxçıvan-na-Donu arasındakı əraziyə köçürülmüş və Rostovlu Müqəddəs Dimitri qalası (indiki Rostov-na-Donu) adlandırılmışdır. 9 sentyabr 1769-cu ildə Azov qalasında Don kazaklarından beş yüz Azov kazak süvari alayı yenidən yaradılmışdır. 22 iyun 1770-ci ildə Azovda piyada kazak alayı da təyin olunmuş, lakin bu həyata keçirilməmişdir. 25 iyun 1775-ci ildə Azov kazak süvari alayı ləğv edilmişdir.
Azov kazak qoşunu
Azov kazak qoşunu (ukr. Азовське козацьке військо, rus. Азовское Казачье Войско) — XIX əsrdə kazak qoşunları şurası. 1828-ci ildə Zaporojya Seçinin dağıdılmasından sonra Osmanlı Türkiyəsinə köçən Zaporojye kazaklarının törəmələri burada Dunayyanı Seçini qurmuşdular. Onlar 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsinin əvvəlində ataman Osip Qladkinin başçılığı ilə Dunayyanı Seçindən Rusiya boyunduruğuna qayıtmış və Osmanlı qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak etmişdilər. Dunayyanı kazaklarından 1831-ci ildə Azov kazak qoşunu olaraq adlandırılan Zaporijya qoşunu yaradılmışdır. Onlar Azov dənizinin şimal sahilində, Yekaterinoslav vilayətində dəniz ilə Berdey və Obitoçnaya çayları arasında məskunlaşmışdılar. 1830-cu illərin sonlarında Azov kazaklarının sayı ailələri ilə birlikdə təxminən altı min nəfər idi. Kazaklara 29 kiçik gəmidən ibarət silahlı flotiliyanın, habelə yüzlərlə 1,000 süvarinin köməyi ilə Qara dənizin şərq sahillərinə nəzarət etmək tapşırılmışdı. Ordu Novorossiya general-qubernatoruna tabe idi, daxili idarə Petrovskaya kəndində, sonra Mariupolda yerləşən ataman və hərbi idarənin əlində idi.
Azərbaycan-Türkiyə (Aygün Kazımovanın mahnısı)
Azərbaycan (Aygün Kazımovanın mahnısı)
Ağa Hüseyn Kazımov
Ağahüseyn Ələkbər oğlu Kazımov (5 mart 1882, Bakı – 1937) — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı (1920–1921). Ağahüseyn Ələkbər oğlu 1892-ci ildə Bakı şəhərində anadan olmuşdur. Gimnaziyanı bitirəndən sonra 1911-ci ildə Kiyev Universitetinə qəbul olmuşdur. 1916-cı ildə universitetin tibb fakültəsini bitirmişdir. I Dünya Müharibəsində həkim kimi iştirak etmişdir. Kommunist ideyalarına sadiq bir insan idi. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman xalq səhiyyə komissarının müavini (28 aprel — 5 iyun 1920), sonra xalq səhiyyə komissarı vəzifəsində işləmişdir (5 iyun 1920 – 18 dekabr 1921). Azərbaycan KP MK Rəyasət Heyətinin üzvü olmuşdur. Səhiyyə nazirinin müavini Ağahüseyn Kazımov 1937-ci ildə xalq düşməni kimi həbs edərək güllələnmişdir.
Ağahüseyn Kazımov
Ağahüseyn Ələkbər oğlu Kazımov (5 mart 1882, Bakı – 1937) — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı (1920–1921). Ağahüseyn Ələkbər oğlu 1892-ci ildə Bakı şəhərində anadan olmuşdur. Gimnaziyanı bitirəndən sonra 1911-ci ildə Kiyev Universitetinə qəbul olmuşdur. 1916-cı ildə universitetin tibb fakültəsini bitirmişdir. I Dünya Müharibəsində həkim kimi iştirak etmişdir. Kommunist ideyalarına sadiq bir insan idi. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman xalq səhiyyə komissarının müavini (28 aprel — 5 iyun 1920), sonra xalq səhiyyə komissarı vəzifəsində işləmişdir (5 iyun 1920 – 18 dekabr 1921). Azərbaycan KP MK Rəyasət Heyətinin üzvü olmuşdur. Səhiyyə nazirinin müavini Ağahüseyn Kazımov 1937-ci ildə xalq düşməni kimi həbs edərək güllələnmişdir.
Ağakişi Kazımov
Ağakişi Şəmməd oğlu Kazımov (28 noyabr 1935, Ağcabədi – 8 oktyabr 2021, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti (2000), professor. Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak etmişdir. 1960-cı ildə A. Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilmişdir. 1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q. Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M. Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C. Cabbarlının "Aydın" əsərini tatarca hazırlamışdır. 1969–1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. A. Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyəvidir. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N. Vəzirov), "Toy" (S. Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S. Dağlı), "Arşın mal alan" (Ü. Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ. Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ. Coşqun), "Məlik Məmməd" (Ə. Abbasov), "Hacı Qənbər" (N. Vəzirov), "Kiçik təpə" (N. Xəzri), "Büllur sarayda" (İ. Əfəndiyev) və s.
Bauman küçəsi (Kazan)
Bauman küçəsi (tat.: Bauman uramı) — Tatarıstanın Kazan şəhərinin tarixi mərkəzində yerləşən piyada küçəsi. Küçə Kazan Kremlindən başlayaraq Minillik Meydanından keçib cənub şərqə doğru Tukay meydanına qədər uzanıb burada Puşkin küçəsi ilə kəsişir. Bauman küçəsi Kazanın ən qədim küçələrindən biridir. Kazan xanlığının dövründə bu küçə Noqay yolu adlanırdı. 1552-ci ildə İvan Qroznının başçılığı ilə Moskva qoşunları Kazan Kremlinə hücum edəndə küçə boyunca olan cənub və şimal divarları partlayışlarla yarıldığı üçün küçə sonradan "Проломной", sonradan isə "Большой Проломной" adlandırılıb. XVI əsrdə küçənin şimalındakı mövcud tikintilərə davam edirlər, küçənin cənubunda isə sonradan burada tikilmiş kilsənin şərəfinə Boqoyavlenskiy adlı yaşayış yeri yaranır. 1930-cu ildə küçə əslən Kazandan olan inqilabçı Baumanın şərəfinə adlandırılıb. Sovet İttifaqı dağıldıqdan sonra küçənin adını dəyişdirərək Şalyapin qoyulması təklif edilsə də küçə hələ də Bauman küçəsi adlanır. 1986-cı ildə küçə Kazanda ilk piyada küçəsi olur. 1990-cı illərin əvvəllərində isə küçədə təmir bərpa işləri aparılır.
Bağır Kazımi
Seyid Bağır Kazimi (10 fevral 1892, Təfriş, Mərkəzi ostanı – 1976, Tehran) — İran xarici işlər vəziri. Bağır xan Məhəmməd Kazımi Mötəsimüddövlənin oğludur. Anası şahzadə Əfsər xanım Salurdur. 1891-ci ildə anadan olmuşdu. İranın İraqda, Əfqanıstanda və Osmanlı dövlətlərində səfiri olmuşdu. Bağır xan Mühasibüddövlə İranın Daxili İşlər, Səhiyyə, Yollar və Xarici İşlər nazirliklərinə başçılıq etmişdi. Məhəmmədəli Müsəddiq dönəmində baş nazirin müavini olmuşdu. Bağır xan Mühasibüddövlə 1977-ci ildə vəfat edib. Bağır xan Mühasibüddövlə şahzadə Eynülmülk xanım Salurla ailə qurmuşdu. Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012.
Brazauskas Algirdas Micolas Kazö
Alqirdas Brazauskas (22 sentyabr 1932[…], Rokişkis – 26 iyun 2010[…], Vilnüs) — Litva Respublikasının 5-ci Prezidenti (25 fevral 1993 — 25 fevral 1998) olub. Alqirdas Brazauskas 1932-ci il sentyabrın 22-də Rokişkisdə anadan olub. Gələcək prezidentin əmək fəaliyyəti tikinti sahəsində başlayıb. Sonradan o, Litva Kommunist Partiyasının nüfuzlu üzvlərindən biri olub və onun SSRİ Kommunist Partiyasından ayrılması təşəbbüsü ilə çıxış edib. Brazauskas əvvəlcə Litva Kommunist Partiyasının birinci katibi seçilib, sonra isə Litva Demokrat Əmək Partiyasının lideri olub. SSRİ-nin dağılması və Litvanın müstəqillik əldə etməsindən sonra Brazauskas siyasi fəaliyyətini davam etdirib və 1992-ci ildə Seymin sədri seçilib. 1993-cü ildə isə ölkə prezidenti olub. Brazauskas 1998-ci il seçkilərində namizədliyini ikinci dəfə irəli sürməyib. 2001-ci ildə baş nazir postuna təsdiq olunub və 2006-cı ilə qədər bu vəzifədə qalıb. O, uzun sürən xəstəlikdən sonra 26 iyun 2010-cu ildə 78 yaşında Vilnüsdəki evində keçinib.
Bələbəy Kazakkol (Uçalı)
Bələbəy Kazakkol (başq. Бәләкәй Ҡаҙаҡҡол, rus. Малоказаккулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 60 km, ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Cahangir bəy Kazımbəyli
Cahangir bəy Əli bəy oğlu Kazımbəyli (15 mart 1894 və ya 3 (15) mart 1885, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 yanvar 1955, Berlin, Qərbi Berlin, Qərbi Almaniya) — Çar Rusiyasında, daha sonra Azərbaycan Xalq Cümhuriyyətində ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçılarından biri. Cahangir bəy Kazımbəyli Tiflis Hərbi Məktəbinini bitirmiş, Birinci Dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmiş, polkovnik rütbəsinədək yüksəlmişdir. Cahangir bəy Əli bəy oğlu Kazımbəyli 15 mart 1894-cü və ya 1885-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Tiflis gimnaziyasını və Tiflis Hərbi Məktəbini bitirib. Birinci dünya müharibəsində Rusiya tərəfində vuruşub. Azərbaycan Demokratik Respublikasının Milli Ordusu yaradılanda Gəncəyə dönüb. Alay komandiri olub. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxıb. Cahangir bəy peşəkar hərbçiydi. Bilirdi ki, yeni hökumətə qarşı müqavimət silahlı yolla aparılmalıdır.
Cakomo Kazanova
Cakomo Cirolamo Kazanova (it. Giacomo Girolamo Casanova) şevalye de Senqalt — zadəgan titulunu özünə vermiş, 2 aprel 1725-ci ildə Venesiyada anadan olmuş, 4 iyun 1798-ci ildə Çexiya respublikasındakı Duxsov qəsrində vəfat etmiş, məşhur italyan məcaraçı səyyahı və yazıçısı. Böyük Sovet Ensiklopediyasına görə Çovani Çakomo Kazanova XVII əsrin 28 noyabr 1742-ci ildə Padua universitetində dünyəvi və kilsə hüququnu öyrənərək doktor titulu alır. Neapol, Roma, Konstantinopol, Paris şəhərlərinə səyahət etdikdən sonra Venesiyaya dönən Kazanova küfürlikdə günahlandırılaraq 1755-ci ildə həbsxanaya atılır. Memuarına əsasən onun həbs edilməsi üçün əsas dəlil onda tapılmış Zoqar kitabı olmuşdur. 1756 cı ildə o, Parisə qaçaraq, orada yerli içtimayi və şəxsi həyat tərzlərini öyrənməyə başlayır. Memuarında yazmış olduğu kimi, yeni imiclə Avropada peyda olan Kazanova Berlinə gələrək Böyük Fridrixin pərəstişini qazanır. 1760-cı ildə XIII Kliment Roma papası elan olunur. Elə bu vaxt Kazanova "Qızıl şpor" ordeninə layiq görülür. 1764–1765 ci illərdə Rusiyaya gələrək Sankt Peterburqda II Yekaterina ilə görüşür.
Cavanşir Kazımov
Cavanşir Kazımov (Kazımov Cavanşir Kazım oğlu; d. 27 dekabr 1950, Gədəbəy rayonu) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi. Cavanşir Kazımov 1950-ci 27 dekabırda anadan olmuşdur. 1968-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1973-cü ildə universiteti bitirib. Universitetin Elmi Tədqiqat hesablama mərkəzində mühəndis-proqramçı, kicik elmi işçi, laboratoriya müdri və şöbə müdri vəzifəsində calışmışdır.1983-cü ildə BDU-nun Tətbiqi riyaziyyat kafedrasının baş müəllimi vəzifəsinə secilmişdir. 1984-cü ildə elmlər namizədi alimlik dərəcəsi almaq ücün müdafiə eləmişdir. Hazırda Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasında dosent, həmdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini vəzifəsində calışır. 1973-cü ildə Bakı Dövlət Universitetini bitirib. "Qursa və Trikomi məsələlərinin təqribi həlləri" mövzusunda, 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq ücün dissertasiya müdafiə eləmişdir. Fizika-riyaziyyat elmləri namizədi, dosent 1973–1983 cü illər Bakı Dövlət Universitetin Elmi Tədqiqat hesablama mərkəzində mühəndis-proqramçı, kicik elmi işçi, laboratoriya müdri və şöbə müdri vəzifəsində calışmışdır.
Culture of Kazakhstan
Qazaxıstanda sakinlərin köçəri pastoral iqtisadiyyatına əsaslanan yaxşı bir mədəniyyət var. 7–12-ci əsrlərdə İslam Qazaxıstanla tanış olmuşdur. Quzu ilə yanaşı, bir çox digər ənənəvi yeməklər, Qazaxıstan mədəniyyətində simvolik dəyər saxlayır. Qazaxıstan mədəniyyəti əsasən türk köçəri həyat tərzindən təsirlənir. Heyvandarlıq, qazaxların ənənəvi həyat tərzinə mərkəzi olduğundan, köçəri davranışlarının və gömrüklərin əksəriyyəti heyvətə bir şəkildə aiddir. Ənənəvi lə'nət və xeyir-dualar heyvanlar arasında xəstəlik və ya fecundity çağırdı və yaxşı davranış bir adam ilk növbədə onun həyatında insan aspektləri haqqında soruşmaq və ona salamlayarkən bir insanın mal-qara haqqında soruşmaq tələb etdi. Ənənəvi Qazaxıstan məskəni, dovun müxtəlif kalınlıkları ilə əhatə edilmiş, söğüt ağacının çevik çərçivəsindən ibarət olan bir çadırdır. Açıq top, mərkəzi ocaqdan tüstüdən qaçmağa icazə verir; temperatur və süzgə açılışın ölçüsünü artıran və ya azaldıran bir qanadla idarə oluna bilər. Düzgün tikilmiş bir dülgər yaz aylarında soyudulur və qışda istilənir və sökülüb yaxud bir saatdan az müddətdə qurula bilər. Yurt içərisində mərasim əhəmiyyəti var; sağ tərəfi kişilər üçün və sol qadınlar üçün qorunur.
Cəfər Kazımov
Kazımov Cəfər Kərbəlayı Ələsgər oğlu (21 dekabr 1896 (2 yanvar 1897), Bakı – 14 avqust 1968, Bakı) — Cümhuriyyət tələbəsi, Almaniyada təhsil almış mühəndis, Sovet uranını tapanlardan biri. Azərbaycan SSR xalq səhiyyə komissarı, sonralar repressiya qurbanı olmuş Ağahüseyn Kazımovun qardaşıdır. Cəfər Kazımov 21 dekabr 1896-cı ildə Bakıda anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra 1920-ci ildə Almaniyaya təhsil almağa göndərilir. İlkin olaraq Darmstad texniki ali məktəbində oxumağa başlayır. Sonra təhsilini Frayberq Dağ-mədən Akademiyasında davam etdirir. 27 noyabr 1925-ci ildə təhsilini Dağ-mədən mühəndisi kimi başa vuraraq mühəndis dərəcəsinə layiq görülür. Zaqafqaziya Şiə Ruhani İdarəsinin 31 may 1905-ci ildə verdiyi doğum şəhadətnaməsinə görə, Cəfər 21 dekabr (köhnə üslubla) 1896-cı ildə Bakı şəhərinin sakini Kərbəlayı Ələsgər Hacı Məstan oğlunun qanuni arvadı Xanım Mirzə Zeynalabdin qızından doğulub. (Ulu babasının adı Kazım olduğuna görə alim özünə "Kazımov" soyadı götürüb). 7 mart 1926-da milliyyətcə "türk" Cəfər Kazımova verilmiş şəxsi vəsiqədə (bu vəsiqə pasportu əvəz edirdi) isə göstərilir ki, о, 4 yanvar 1897-də Bakı şəhərində dünyaya gəlib (bu tarix yeni üslubla olduğundan birincini təsdiqləyir).
Dadaş Kazımov
Dadaş Nadir oğlu Kazımov (25 noyabr 1923, Bakı – 6 avqust 1992, Bakı) — Azərbaycan aktyoru. Əsasən epizodik rollarda çəkilən Dadaş Kazımovun "Axırıncı aşırım", "İstintaq", "Şirbalanın məhəbbəti" filmlərindəki rolları yaddaqalandır.
Davud Kazımov
Davud Mehdi oğlu Kazımov (9 noyabr 1926, Bakı – 14 fevral 2015, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (1992). Davud Kazımov 1926-cı ildə Bakıda anadan olmuşdur. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısı olmuşdur. Yaradıcılığının erkən dövrlərində çəkdiyi "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələr olub. Rəssamın yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutur. Sonrakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik incəllikləri, rəngarəng milli geyimləri rəssamın yeni mövzuları olub. Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə Azərbaycan və SSRİ sərgilərində uğurlar qazanıb. "Xəzərin təkində", "Sağıcılar", "Yollar" və əsərləri xüsusi fərqlənir. Davud Kazımov Azərbaycan təsviri sənətində qrafika ustası kimi də tanınır.
Dilarə Kazımova
Dilarə Kazımova (d. 20 may 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, aktrisa, mahnı sözü yazan, bəstəkar, "Woman", "Unformal", "Milk & Kisses" qruplarının keçmiş üzvü, 2014 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi. Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olmuşdur. Ailənin ikinci övladıdır. Özündən 7 yaş böyük bir bacısı var. Dilarə Kazımova 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasından məzun olmuşdur. 2002-2006-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuş və opera vokalı ixtisası üzrə təhsil almışdır. 2015-2016-cı illərdə Türkiyə vətəndaşı Mərt Aslanla ailəli olmuşdur.Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir. İlk öncə "Woman" qrupunun tərkibində səhnə almışdır. Qadınlardan ibarət qrupla səhnə alan ifaçı, 2004-cü ildə "Sing Your Song 2" mahnı müsabiqəsinə qatılmış və "Unformal" qrupu ilə "Cherry" adlı dueti ifa etmişdir.
Dinamo Kazan FK
"Dinamo" — Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində SSRİ dövründə fəaliyyət göstərmiş futbol klubu. 1926-cı ildə Kazan şəhərində yaradılmışdır. Müvəffəqiyyətsiz olduğu üçün komandanın fəaliyyəti 1949-cu ildə başa çatdırıldı.
Dinamo Kazan QVK
"Dinamo Kazan" — qeyri-müstəqil Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərini təmsil edən qadın voleybol klubudur.Muxtar Respublika hal-hazırda Rusiyanın tərkibində olduğu üçün komanda Rusiya Superliqasında çıxış edir. Komanda 2002-ci ildə Tatarıstan prezidentinin sərəncamı ilə yaradılmışdır. Klub Rusiyanın son illərdə ən böyük çıxış yaxalayan komandalardandır. Komanda ilk çempionluğunu 2011-ci ildə yaşadı. Daha sonra ardıcıl iki il bu titulu qorudu. Son Rusiya çempionu 2013-cü ildə super ulduz Yekaterina Qamovayı transfer edərək onsuzda güclü olan heyətini daha da zənginləşdirdi. 2014-cü ildə isə kazanlılar Bakıda keçirilən "Dördlər finalı"nda ilk öncə Rabitəni məğlub edib daha sonra finalda son çempion Vakıfbank Günəş Sığortanı 3-0 yenərək tarixində ilk dəfə CEV Qadınlar Çempionlar Liqasını qazandı. Həmçinin, turnirin ən yaxşı oyunçusu da Qamova oldu.
Dinamo Kazan VK
"Dinamo Kazan" — qeyri-müstəqil Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərini təmsil edən qadın voleybol klubudur.Muxtar Respublika hal-hazırda Rusiyanın tərkibində olduğu üçün komanda Rusiya Superliqasında çıxış edir. Komanda 2002-ci ildə Tatarıstan prezidentinin sərəncamı ilə yaradılmışdır. Klub Rusiyanın son illərdə ən böyük çıxış yaxalayan komandalardandır. Komanda ilk çempionluğunu 2011-ci ildə yaşadı. Daha sonra ardıcıl iki il bu titulu qorudu. Son Rusiya çempionu 2013-cü ildə super ulduz Yekaterina Qamovayı transfer edərək onsuzda güclü olan heyətini daha da zənginləşdirdi. 2014-cü ildə isə kazanlılar Bakıda keçirilən "Dördlər finalı"nda ilk öncə Rabitəni məğlub edib daha sonra finalda son çempion Vakıfbank Günəş Sığortanı 3-0 yenərək tarixində ilk dəfə CEV Qadınlar Çempionlar Liqasını qazandı. Həmçinin, turnirin ən yaxşı oyunçusu da Qamova oldu.
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri (1667-1668)
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri - XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu. Bu yürüşlərin nəticəsində Səfəvilər dövlətində ticarətə və sosial vəziyyətə böyük zərbə vuruldu.