KEÇMİŞ

1. KEÇMİŞ (gün, zaman, dövr) Keçmiş əyyamda bizim kəndlərin bu cür bir günlük bəyləri çox olardı (M.Hüseyn); ƏSKİ O əski şairlər söyləmiş yalan; Məni xəyal kimi ayağa salan; O coşqun dalğalı telin işidir (M.Müşfiq); KEÇƏN [Heydər bəy:] Ah, keçən günlər! Keçən dövrlər! (M.F.Axundzadə); KÖHNƏ Köhnə Azərbaycanın uzaq bir bucağında; Qoca Həsən dayının alçaq koması vardı (R.Rza); MAZİ Onu təpiklədi mazi, məzara gömdü bu hal (A.Şaiq).

2. KEÇMİŞ, ƏVVƏLKİ, SABİQ (bax)

KEÇMƏK
KEÇMİŞ ZAMAN
OBASTAN VİKİ
Keçmiş
Keçmiş — zamanın müəyyən bir nöqtəsindən əvvəl baş vermiş bütün hadisələrin məcmusudur . Keçmiş indiki və gələcək zamanla ziddiyyət təşkil edir, lakin onu müəyyən edir. Keçmişin konsepsiyası insan müşahidəçilərinin zamanı hiss etdiyi xətti modadan irəli gəlir, yaddaş və xatırlama vasitəsilə əldə edilir. Bundan əlavə, yazı dili yaranandan bəri insanlar keçmişi qeyd etmişdir. "Keçmiş" sözünün ilk məlum istifadəsi XIV əsrdə olmuşdur; o, "keçmək, keçib getmək" sözündən götürülmüşdür.
Keçmiş (mahnı)
Keçmiş - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Keçmiş Yuqoslaviya Makedoniya Respublikası
Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak.
Makedoniya Keçmiş Yuqoslaviya Respublikası
Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak.
Unudulmuş keçmiş (film, 1941)
Unudulmuş keçmiş — 1941-ci ildə istehsal olunmuş Misir filmi. Tanınmış müğənni Leyla Murad bu filmdə çəkilmişdir.
Həyata keçmiş arzular (film, 1954)
== Məzmun == Filmdə Sumqayıt, Mingəçevir və Daşkəsən şəhərlərində əmək adamlarının arzularının həyata keçməsindən bəhs olunur.
Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı
Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı (KYBCT) (ing. International Tribunal for the Prosecution of Persons Responsible for Serious Violations of International Humanitarian Law Committed in the Territory of the Former Yugoslavia since 1991 (ICTY)) — Yuqoslaviya müharibələri zamanı törədilmiş hərbi cinayətləri təqib etmək və təqsirkarları mühakimə etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə. Tribunal Niderlandın Haaqa şəhərində yerləşən ad hoc məhkəmə idi. KYBCT Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 25 may 1993-cü ildə qəbul edilmiş 827 saylı qətnaməsi əsasında yaradılmışdır. Tribunal 1991-ci ildən bəri keçmiş Yuqoslaviya ərazisində törədilmiş cinayətlərin dörd qrupu üzrə yurisdiksiyaya malik idi: Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə qanunlarının və ya adətlərinin pozulması, soyqırım və insanlıq əleyhinə cinayətlər. Tribunalın verə biləcəyi ən ağır cəza ömürlük azadlıqdan məhrumetmə idi. Müxtəlif dövlətlər azadlıqdan məhrumetmə cəzasının icrası məqsədilə Birləşmiş Millətlər Təşkilatı ilə müqavilələr imzalamışdır. Tribunalın fəaliyyəti ərzində ümumilikdə 161 nəfərə qarşı ittiham irəli sürülmüşdür; yekun ittiham aktları 2004-cü ilin dekabrında verilmiş, sonuncusu isə 2005-ci ilin yazında təsdiqlənmişdir. Qoran Haciç cinayət təqibindən yayınan ən axırıncı şəxs kimi 20 iyul 2011-ci ildə ələ keçirilmişdir. Sonuncu hökm 29 noyabr 2017-ci ildə çıxarılmış və qurum 31 dekabr 2017-ci ildə rəsmi olaraq fəaliyyətini dayandırmışdır.
X adamlar: Gələcəyin keçmiş günləri
İks-adamlar: Gələcəyin keçmiş günləri (ing. X-Men: Days of Future Past) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı komandasından bəhs edən və 2014-cü ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman filmi,fantastika və döyüş filmi. Film "İks-adamlar" seriyasının 7-cidi, rejissoru isə Brayan Singerdi. Filmin çəkilişləri 2013-cü ilin aprelində, Kanadanın Kvebek əyalətinin Monreal şəhərində başlanılıb. "İks-adamlar: Gələcəyin keçmiş günləri" filminin premyerası 2014-cü ilin 10 mayda Amerikanın Nyu-York şəhərində baş tutub. 23 mayda 2014-cü ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı (keçmiş)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Şamaxı filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı yaradılmışdır. ADPU-nun Şamaxı tədris məntəqəsinin fakültələri ilə yanaşı, yenidən "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası da fəaliyyətə başlamışdır. 2004-cü ildən institutun fəaliyyətinə 3 ixtisas da əlavə olunmuşdur. 2007-ci ildə "Ümumelmi fənlər" kafedrası yaradılmışdır. Filialda təhsil üzrə 3 kabinet – "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Əlavə təhsil xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri fəaliyyət göstərmişdir. === ADPU Şamaxı filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı hesab olunmuşdur.
İks-adamlar: Gələcəyin keçmiş günləri (film, 2014)
İks-adamlar: Gələcəyin keçmiş günləri (ing. X-Men: Days of Future Past) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı komandasından bəhs edən və 2014-cü ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman filmi,fantastika və döyüş filmi. Film "İks-adamlar" seriyasının 7-cidi, rejissoru isə Brayan Singerdi. Filmin çəkilişləri 2013-cü ilin aprelində, Kanadanın Kvebek əyalətinin Monreal şəhərində başlanılıb. "İks-adamlar: Gələcəyin keçmiş günləri" filminin premyerası 2014-cü ilin 10 mayda Amerikanın Nyu-York şəhərində baş tutub. 23 mayda 2014-cü ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb.
Sovet İttifaqının keçmiş müharibə əsirlərinə qarşı repressiyası
Sovet İttifaqının keçmiş müharibə əsirlərinə qarşı repressiyası — İkinci Dünya müharibəsinin bitməsindən sonra sovet hökumətinin müharibədə əsir düşmüş döyüşçülərinə qarşı yürütdüyü repressiya siyasəti nəzərdə tutulur. Müharibədən əvvəlki dövrdə Stalin təmizləmələri nəticəsində Qırmızı Ordu komandanlığının səmərəliliyi və mənəvi-psixoloji səviyyəsi aşağı idi. 1941-ci ilin avqustuna qədər Axis qüvvələri Sovet ərazisinin dərinliklərinə doğru irəliləməkdə böyük uğurlar əldə etdilər. Onların uğurlu blitskrieg strategiyası Sovet müdafiə sistemini qeyri-mütəşəkkil etdi, çoxsaylı sovet bölmələrinin, o cümlədən bütün səhra ordularının mühasirəyə alınmasına səbəb oldu. Müharibənin başlanmasından etibarən, sovetlər hökuməti bilərəkdən və ya bilməyərəkdən əsir düşmənin qarşısını almaq üçün xüsusi siyasət yürütməyə başladı. Stalin Xalq Müdafiə Komissarı kimi bu əmri verdi. Sərəncam ilk növbədə zabitlərin operativliyini və mənəvi-psixoloji hazırlığını sürətlə yüksəltmək məqsədi daşıyırdı. Elan edilən qərara görə, əgər bir döyüşçü əsir düşərdisə bu, dövlətə qarşı xəyanət hesab ediləcək, edənlər edama məhkum olmaqla birlikdə, əmlakları müsadirə edilməli, ailəsinə qarşı repressiya həyata keçiriləcəkdi. 1941-ci ilin avqustunda verilən 270 saylı Sərəncam təslim olan bütün komandirləri və siyasi zabitləri təqsirli fərarilər kimi təsnif etdi, sərəncama əsasən onlar dərhal edam edilməli, ailələri həbs olunmalı idi. Preambulada əmrdə qoşunların mühasirədə döyüşməsi, eləcə də hərbi komandanlıq tərəfindən təslim olma halları nümunələri göstərilirdi.
Keçmiş Osmanlı imperiyası ərazisində yerləşən dövlətlərin siyahısı
Osmanlı imperiyasının himayəsi və hakimiyyəti altında olmuş ölkələrin imperiyadan asılılıq müddətləri aşağıdakı kimi verilmişdir. == Osmanlı imperiyasına birbaşa tabe olan ərazilərin siyahısı == === Avropa === === Qafqaz === === Orta Şərq === === Afrika === == Digərləri == === Polşa krallığı === Osmanlı imperiyası 1576-cı ildə Şərqi Avropada Polşa krallığını himayəsi altına aldı, təsir dairəsini Belarusiya, Şimali Ukrayna, Latviya, Litva və Estoniya və Baltik dənizinə qədər genişləndirə bildi. Fransız Valua sülaləsindən olan II Henrinin taxta cıxmaq üçün Fransaya qaçmasından sonra Polşada başlayan ardıcıl üsyanlara Sokollu Mehmed Paşa müdaxilə etdi. O dövrdə Osmanlı imperiyasına tabe olan Transilvaniya knyazı Stefan Batori "Polşa kralı" seçildi. Qeyd edilən hakimiyyətin son illərinə doğru 1586-cı ildə taxta çıxan III Siqmunt Vasanın hakimiyyəti dövründə burada Osmanlı təsiri zəiflədi və tamamilə yox oldu. === Qızıl Orda xanlıqları === Müxtəlif dövrlərdə Qazan xanlığı (1521–1531, 1533–1546, 1546–1551), Qasım xanlığı (1486–1512), Noqay Ordası (1548–1711), Həştərxan xanlığı (1532–1549) və Başqırdıstan xanlığı (1656–1738) Osmanlı himayəsinə keçmiş dövlətlər idi. === Asiya === ==== Mərkəzi və Cənub-Şərqi Asiya ==== Osmanlı imperiyası XVI əsrdən etibarən Orta Asiyada türk xanlıqlarına əvvəl İran, sonra isə Rusiyaya qarşı müqavimətdə kömək etmişdir. Orta Asiyadakı bu xanlıqlar, xüsusən XIX əsrdə onları işğal etməyə çalışan Rusiya imperiyası və Çinə (Buxara və Kaşqar xanlıqları kimi) qarşı mübarizə aparmaq üçün Osmanlı imperiyasından kömək istəmişdilər. Bundan başqa, Cənub-Şərqi Asiyada yerləşən Açe sultanlığına əvvəlcə Hollandiya, sonra isə Portuqaliya işğalına qarşı Osmanlı imperiyasının hərbi-siyası köməyi olub. ==== Daxili Ərəbistan və Oman ==== Ərəbistanın daxili əraziləri yerli sülalələr və onların şeyx və ya əmir adlanan yerli idarəçiləri tərəfindən idarə olunurdu.
Bəylik dərsi və ya keçmişdən gülməcələr... (film, 2007)
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Keçmişin Şahidləri (1956)
Keçmişin şahidləri (film, 1956)
Keçmişə qayıdış (film, 2002)
Keçmişə qayıdış (hind: तुमको ना भूल पायेंगे; Rom: Tumko Na Bhool Paayenge; Azərbaycan dilində tərcüməsi: Mən səni unuda bilmirəm) 2002-ci ildə nümayiş olunan hind filmidir. Film Hollivudun həmin il nümayiş olunan The Bourne Identity filmindən ilhamlanıb. == Süjet xətti == Veer (Salman Xan) valideynləri ilə bir mülkdə yaşayır. Atası Thakur Punia Pratar Singh oğlunun da özü kimi yaxşı döyüşçü olmasını istəyir. Bunun üçün o, Viri çox məşq etməyə məcbur edir, lakin atasının arzusunu həyata keçirmək üçün onun nə istəyi, nə də lazımi keyfiyyətləri mövcuddur. O, döyüşmək əvəzinə sevgilisi Muskanla (Diya Mirzə) vaxt keçirməyə üstünlük verir. Bir gün Thakur duel zamanı məğlub olanda Vir özündə qeyri-adi güc hiss edir və atasının rəqibini məğlub edir. Həmin gündən onun gözünə qəribə şeylər gəlməyə başlayır və o, sanki keçmiş həyatından səhnələri xatırlamağa başlayır. O, əvvəllər də hiss edirdi ki, həyatında bir sirr vardır, çünki uşaqlığını və gəncliyini heç vaxt xatırlaya bilməmişdir və onların evində onun uşaqlıq fotoşəkilləri də yoxdur. Bundan əlavə, bədənində güllə yaralarının izləri vardır.
Keçmişə salam (veriliş, 2009)
"Keçmişə salam" — 2009-ci ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan veriliş. == Tarixi == Veriliş 2009-cu ildə ANS TV-nin əməkdaşı Gülnarə Kərimova tərəfindən yaradılıb.
Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2014)
Stalinin qaranlıq keçmişi (film)
Stalinin qaranlıq keçmişi — qısametrajlı sənədli film. Ekran əsərində qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanınan Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılmışdır. Tarix Stalini qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissorionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub. O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. O, Bakı qoçularının ətrafında birləşərək neftxudalardan böyük miqdarda pullar toplayıb. Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qoçularının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq 28 aprel 1920-ci ildə — Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Koba” ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllələnmişdir.
Stalinin qaranlıq keçmişi (film, 2019)
Stalinin qaranlıq keçmişi — qısametrajlı sənədli film. Ekran əsərində qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanınan Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılmışdır. Tarix Stalini qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissorionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub. O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. O, Bakı qoçularının ətrafında birləşərək neftxudalardan böyük miqdarda pullar toplayıb. Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qoçularının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq 28 aprel 1920-ci ildə — Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Koba” ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllələnmişdir.
Bəylik dərsi və ya keçmişdən gülməcələr...
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
Qisas almadan ölmə. Keçmişdən məktublar — 2014-cü ildə çəkilmiş rejissor Oqtay Mirqasımovun filmi. XIX əsrin əvvəllərində Qafqazda məskunlaşan və Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə Azərbaycandan deportasiya edilən alman kolonistlərin taleyinə həsr olunub. Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib. Filmdə bütün dinlərin vəhdəti tərənnüm olunur. Filmin əsas süjet xəttini əsl tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir. Filmin bəstəkarı Elmar Feldir. 2015-ci ildə Tbilisidə keçirilən Müqəddəs Andrey onuncu beynəlxalq kinofestivalının baş mükafatına layiq görülmüşdür. “Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında Beynəlxalq Kazan Kinofestivalının baş mükafatına layiq görülüb. 2015-ci ildə İsraildə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyəti Mərkəzində “Qisas almadan ölmə.
Keçmişin kölgəsi
"Keçmişin kölgəsi" — Con Tolkinin 1954–1955-ci illərdə nəşr olunmuş best-seller fantastik əsəri "Üzüklərin hökmdarı"nın ikinci fəsli. Tolkin bunu "həlledici fəsil" adlandırmışdır. Bu, həm Tolkinin kitabın mərkəzi süjetini hazırladığı anı, həm də hekayədəki baş qəhrəman Frodo Beqginsin və oxucunun Tək Üzüyü məhv etmək axtarışının olacağını başa düşdüyü məqamı əks etdirir. Onun eskizi 1938-ci ilin əvvəlində yazılan kitabın ilk hissələri arasında idi. Həmin ilin sonunda bu, onun tərtib etdiyi kitabın üç fəslindən biri olmuşdur. 1944-cü ildə o, Qollumun, Üzükün və Qollumun ovunun təsvirlərini əlavə edərək fəsilə qayıtmışdır. Piter Cekson "Üzüklərin Rəbbi " film trilogiyasında Qandalfın Üzüyün tarixi ilə bağlı təsvirini Frodoya bölür və çıxışının digər hissələrini sıxışdırır.
Keçmişin sığınacağı
Keçmişin sığınacağı və ya Keçmişdən gələn partlayış (ing. Blast from the Past) — Rejissor Hyu Uilson tərəfindən 1999-cu ildə çəkilmiş romantik komediya filmidir. Filmdə baş rolları Brendan Freyzer və Alisiya Silverstoun ifa etmişdirlər. Filmin premyerası 12 fevral 1999-cu ildə baş tutmuşdur. Film PG-13 kimi qiymətləndirilmişdir.

Digər lüğətlərdə