KOMALAŞMAQ

f. Bir yerə yığılmaq, toplaşmaq, yığışmaq. Uşaqlar həyətdə komalaşdılar.
[Kitabsatan:] Camaat, burada komalaşmayın, görən deyəcək, görəsən, yenə nə hürriyyətbazlıqdır. Mir Cəlal.
Turac, kəklik, qırqovul da; Komalaşıb durdu yolda. M.Dilbazi.

Antonimlər (əks mənalı sözlər)

  • KOMALAŞMAQ KOMALAŞMAQ – DAĞILMAQ Qadınlar komalaşdılar (Mir Cəlal); Vətəndaşlar, xahiş edirəm, dağılın (S.Qədirzadə)
KOMALAŞMA
KOMALIQ

Digər lüğətlərdə