KÖPÜKLƏNMƏK

qayıd.
1. Köpük əmələ gəlmək, köpük hasil olmaq, köpüklə örtülmək. Sabun köpükləndi. Yağ köpükləndi. Pivə köpükləndi.
– Göy otların arasından bulaqlar; Şırıltilə köpüklənərkən çağlar. A.Səhhət.
Şəlalələr qayalardan üzüaşağı gurlayıb axır, köpüklənir. M.İbrahimov.

2. Çox tərləmək, tər tökmək.
A köhnə yoldaşım! A köhlən atım! Buğlana-buğlana köpüklən, atım! S.Vurğun.

◊ Ağzı köpüklənmək – bax ağız1.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖPÜKLƏNMƏK KÖPÜKLƏNMƏK Şəlalələr qayalardan üzüaşağı gurlayıb axır, köpüklənir (M.İbrahimov); KÖPÜRMƏK [Nəbi:] Baxırdıq köpürüb axan sulara (S
KÖPÜKLƏNMƏ
KÖPÜKLƏTMƏ

Digər lüğətlərdə