KÖRPÜCÜK

is.
1. Kiçik körpü, balaca körpü. Körpücükdən keçmək.
[Əhmədov:] Hər dəfə yüz əlli addım o yana, o qədər də bu yana gedincə, buradan bir körpücük tikə bilmərikmi? Mir Cəlal.
Arxın üstündəki körpücüyə çatanda uşaqlar dayandılar. Q.İlkin.

2. anat. Döş sümüyü ilə kürəyi birləşdirən sümük.
// Ümumiyyətlə, bir neçə hissəni, şeyi bir-birinə bağlayan şey.
KÖRPÜ₂
KÖRPÜÇÜ
OBASTAN VİKİ
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir.Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir.Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir. == Əlamətləri == Körpücük sümüyünün sınıqlarında əmələ gələn əlamətlər bunlardır: ağrı; şişkinlik; körpücük sümüyünün deformasiyası; hərəkətlərin məhdudlaşması və ağrılı olması; əlin çiyindən yuxarı qalxmaması; == İlk tibbi yardım == Qoltuqaltı nahiyəyə 5–7 sm ölçüsündə parça yastıqca qoyulur. Sonra enli bint ilə əli, dirsək oynağı ilə birlikdə, bədənə kip bintləyirlər.
Körpücükaltı arteriya
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Körpücükaltı vena
== İstinadlar ==

Digər lüğətlərdə

бронзиро́ванный загроможде́ние змееподо́бный ко́гти напиха́ть прикра́сы ре́заться дед донага́ ко́ма свина́рня скопи́ться фельето́нный colossi inauthoritative inexorably mazurka roughshod sophistic table-book toiler wait up автотурист пакистанка поштучный