KÖZƏRTİ

is. Sönməkdə olan közün, lampanın və s.-nin işığı, parıltısı; işartı. Fənərin közərtisi. Ocaqda közərti görünürdü.
– Yol uzunu papiros közərtiləri görünürdü. S.Rəhimov.
Sahilboyu səpələnmiş kənd evlərinin solğun işıqları, həyətlərdə qalanan ocaqların közərtiləri də yavaş-yavaş söndü. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖZƏRTİ alov — qızartı
KÖZƏRMƏK
KÖZƏRTMƏ

Digər lüğətlərdə