Quda kəlməsi ilə kökdaşdır (göy kimi də işlədilir). “Kəbin əsasında qohum olan oğlan (qızın əri)” deməkdir. Göy, kürəkən, quda, qayın, qadın (qazın) kökdaş sözlərdir, sonra mənaları dəyişib. Hamısı kəbin (daha doğrusu,quda) anlayışı ilə bağlıdır. Qaqauz dilində kürəkən yerinə qüvəə, baldız əvəzinə qorumca deyirlər. Bunlar da tarixi baxımdan quda sözü ilə qohumdur. Bəzi türk dillərində “ərə ver” yerinə quda edib ber cümləsi işlədilir. Deməli, kürəkən (göy) “quda” (kəbin) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)