KÜTLƏŞMƏK

f.
1. Küt olmaq, kəsməz hala gəlmək, kəsəri azalmaq; korşalmaq. Balta kütləşib.
Bıçaq kütləşib – Baxma rəfiqə, qohum, qardaşa; Kütləsib, ülgüclərini çək daşa! Ə.Nəzmi.
Neçə vaxtdı ki, Gövhər qiyməkeşi işlətmirdi … qiyməkeş yaman kütləşmişdi. H.Seyidbəyli.

2. məc. Həssaslığını itirmək, qavramaq qabiliyyətini, dərrakəsini itirmək. Hafizəsi kütləşmək.
– Nəhayət, yorulur, kütləşir başı; Dönüb kölgələnir məyus baxışı. S.Vurğun.

// Keyimək, keyləşmək.
Soyuqda dayanmaqdan kütləşmiş Ələmdar balkonun qabağına yeriyib, əlini qulağına gətirdi… S.Rəhimov.

3. məc. Azalmaq, zəifləmək, hissedilməz hala gəlmək.
Getdikcə “alo, alo” səsləri çoxalır, Mehribanın ürəyindəki ağrı kütləşirdi. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÜTLƏŞMƏK KÜTLƏŞMƏK (itiliyini itirmək) Neçə vaxtdı ki, Gövhər qiyməkeşi işlətmirdi, qiyməkeş yaman kütləşmişdi (H
  • KÜTLƏŞMƏK kəsərsizləşmək
  • KÜTLƏŞMƏK fərsizləşmək
  • KÜTLƏŞMƏK azalmaq — zəifləmək

Antonimlər (əks mənalı sözlər)

  • KÜTLƏŞMƏK KÜTLƏŞMƏK – KƏSƏRLƏŞMƏK Ayın arxasınca fikirləşərək; Nəhayət yorulur, kütlənir başı (S.Vurğun); Böyüdükcə onda dərsə həvəs artır, başı kəsərləşir
KÜTLƏŞMƏ
KÜTLƏVİ

Digər lüğətlərdə