KƏLMƏ

is. [ ər. ]
1. Söz.
Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi … onu dinləyirdi. A.Şaiq.
[Səfərəli:] Bizim İstanbulda böylə kəlmələr işlənməz. H.Nəzərli.
[Fərman müəlliminin] …dediklərini mənimsər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi. Ə.Sadıq.

□ Kəlmə(si)-kəlməsinə – bax kəlməbəkəlmə. Kəlməkəlməsinə xəbər vermək.
// İfadə, ibarə.
2. Saylarla: bir, iki, üç və i. a.
kəlmə – bir neçə söz, az söz, qısaca.
Mehriban iki kəlmə ilə yenə içə bilməyəcəyini və içmək istəmədiyini bildirdi. S.Hüseyn.
[Qəhrəman:] Bu iki gündə nə ev sahibi xanım ilə, nə də qulluqçu ilə bir kəlmə danışmaq ehtiyacımız olmadı. H.Nəzərli.
[Xalıq:] Bəli, mənəm, dayan, səninlə iki kəlmə sözüm var. S.Rəhman.

3. Kəlmə və ya kəlmeyi-şəhadət din. – müsəlmanlığın əsas rəmzi olan “lailahə illəllah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam dininə görə hər bir müsəlman yatmazdan qabaq və ya ölərkən və yaxud başqa hallarda bu ibarəni söyləməklə müsəlman olduğunu göstərir).
Sirat, sual qabaqdadı, nə damaqdı dünyada; Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı dünyada. Aşıq Ələsgər.
[Arvad:] Ay kişi, …səni görüm öləndə dilin kəlməyə gəlməsin, sən bəyəm qoyursan ki, mən bilim nə iş görürəm? H.Sarabski.

◊ Kəlmeyi-şəhadətini demək (oxumaq, söyləmək, yada salmaq, dilinə gətirmək) – ölümünü gözü qabağına almaq, ölməyə hazırlaşmaq.
Uzaqdan diqqət edirsən ki, görüm, əgər [atlıların] başında papaq var, kəlmeyi-şəhadətimi oxuyum. C.Məmmədquluzadə.
Bu sözləri xatırına gətirib Molla Tanrıverdi başladı … kəlmeyi-şəhadətini oxumağa. E.Sultanov.

Kəlmə kəsmək – danışmaq.
Maral bir daha Cuma ilə kəlmə kəsməyib getdi. Ə.Əbülhəsən.
Hesabını başa düşən Qarakişi daha bir kəlmə də kəsmədi. B.Bayramov.
[Rəşid:] …Ancaq ömrümdə görməmişdim ki, Qara Canbalayev, ya da Gövhər xanım mənimlə kəlmə kəssin. İ.Hüseynov.

Kəlmə verib kəlmə almaq – bax kəlmə kəsmək.
[Qoca qarı:] Mən gəlin gedəndə ondan da kiçik idim, qaynanamla kəlmə verib kəlmə alanda üzüm qızarardı. Qantəmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏLMƏ kəlmə bax söz
  • KƏLMƏ söz
KƏLLƏPƏZLİK
KƏLMƏ-KƏLMƏ
OBASTAN VİKİ
Və bircə kəlmə də demədi
'bircə kəlmə də demədi — alman yazıçısı Haynrix Böll tərəfindən 1953-cü ildə qələmə alınmış bir romandır və əsasən kasıb, çoxuşaqlı Fred və Kete Boqner cütlüyünün müharibədən sonrakı həyatının təsviri və eləcə də kilsə mövzusu üzərinə qurulmuşdur. Əsəri Azərbaycan dilinə 2017-ci ildə tanınmış tərcüməçi Vilayət Hacıyev çevirmişdir. Bu romana görə Böll çox sayda yerli və xarici mükafatlara layiq görülür, bunlardan biri də Alman Tənqidçilər Birliyinin Ədəbiyyat Mükafatıdır. Hans Verner Rixter (47-lər dərnəyi) "Və bircə kəlmə də demədi" romanını "müharibədən sonra yazılmış ən yaxşı kitab" kimi səciyyələndirib. Kitab oxucular arasında da böyük rəğbətlə qarşılanıb. 1953-cu ilin sonuna kimi müxtəlif tirajlarla kitabın 17.000 nüsxəsi satışa çıxarılıb. == Məzmun == Romanın baş qəhrəmanları Fred və Kete Boqner cütlüyüdür. Fred artıq iki aydır ki, öz ailəsi ilə yaşamır, çünki o, bir otaqlı evdə yaşamağa dözə bilmir. Əsərdə təsvir edilən hadisələr sadəcə bir neçə gün ərzində cərəyan edir. “...

Digər lüğətlərdə

брыла́ вожди́стский вы́коваться заму́сориваться экс-мини́стр Га́дес делега́ция канцеля́рский недожима́ться озира́ть узре́ть extravagance golden feather griddle out ideographic Paki Peace Corpsman rafferty target butt беспокойный боты дальнобойность отснять поставить притеснение