is. Hiylə, fırıldaq, badalaq, biclik, fənd, aldatma. Kələk ilə gələn külək ilə gedər. (
Ata. sözü ).
[Süleyman:] Öyrən bu kələyi, arvadı tap, tez toy elə! Ü.Hacıbəyov.
[Mustafa bəy:] Mirzə Kərim, bunlar hamısı sənin kələyindir. Ə.Haqverdiyev.
◊ Kələk gəlmək – yalan sözlərlə, hiylə ilə aldatmaq, fırıldaq işlətmək.
[Nəbi:] Mehdinin əlindən dad edər fələk; Naçalniklər mənə gəlirlər kələk. “Qaçaq Nəbi”.
[Salamov:] Adə, … sən də mənə kələk gəlirsən? C.Cabbarlı.
Kələk işlətmək – bax
kələk gəlmək.
[Hacı Mehdi:] Hər nə kələyin var, işlət. Ə.Haqverdiyev.
Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki, kələyi varsa, işlədə biləcəkdir. S.S.Axundov.
Kələk qurmaq – biclik işlətmək, hiylə düzəltmək.
Lakin o yerlərdə gedir, durmayır; Bir elə layiqli kələk qurmayır. M.Ə.Sabir.
[Cahan:] Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk. Ü.Hacıbəyov.
[Hacı Fərəc:] Ziynət xanımı görmək üçün nə kələk qurdumsa, zalım qızı elə dəlillər gətirdi ki, qaldım məəttəl. N.Vəzirov.
Kələyə düşmək – tora düşmək, hiyləyə aldanmaq, işə düşmək.
[Hacı Murad:] Seyidin kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmişdir. S.S.Axundov.
Əcəb kələyə düşdük, əcəb qaldıq xatada. S.Rüstəm.
Kələyə salmaq (qoymaq) – cəncəl işə salmaq.
[Gülçöhrə:] Əsgər bizi kələyə qoyub, sənin acığına və mənim əzabıma səbəb oldu. Ü.Hacıbəyov.
Kələyi baş tutmamaq – hiyləsi həyata keçməmək, boşa çıxmaq. [Məşədi İbad:] Lotular pul söhbətini eşidib qaçdılar.
Yox, mənim kələyim baş tutmadı. Ü.Hacıbəyov.
Kələyi kəsilmək – üzülmək, əldən düşmək.
Kələyini kəsmək – son dərəcə yormaq, incitmək, əldən salmaq, çox əziyyət vermək, üzmək. Yol kələyimizi kəsdi.
– [Əhmədov:] Çadırdan, brezentdən tap, yoxsa bu gün bizim kələyimizi kəsər. Mir Cəlal.
Kələyinin üstü açılmaq – hiyləsi, bicliyi, fırıldağı aşkara çıxmaq, bəlli olmaq, baş tutmamaq.
[Əsgər:] Zərər yoxdur, bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm. Ü.Hacıbəyov.