KƏLƏKBAZ

sif.
1. Hiyləgər, bic, fəndgir, fırıldaqçı.
Qış dolanar, yaz olar; Göldə ördək, qaz olar; Hər nə desən qıza de; Gəlin kələkbaz olar. (Bayatı).
[Qarı Haşimiyə:] İndi ki [Məcnun] kələkbaz kor kimi bizim obaya gəlir, sən də hiyləyə hiylə ilə müqabilə et, oğlum! Ə.Məmmədxanlı.

// Zarafatla işlədilir.
Ay kələkbaz! – [Əsgər:] Halal olsun Süleyman; Sən nə kələkbazsan, şeytan! Ü.Hacıbəyov.

2. Zarafatçı, masqaraçı, məzəli adam haqqında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏLƏKBAZ kələkbaz bax hiyləgər
  • KƏLƏKBAZ bic — fitnəkar — haramzada
  • KƏLƏKBAZ məzəli — zarafatcıl

Antonimlər (əks mənalı sözlər)

  • KƏLƏKBAZ KƏLƏKBAZ – SADƏLÖVH Kələkbaz, daha nə düşünürsən (A.Şaiq); Hanı sadəlövh çağım; Onlara inanırdım (C.Novruz)
KƏLƏK
KƏLƏKBAZLIQ
OBASTAN VİKİ
Amerikalı kələkbaz (film)
Amerikalı kələkbaz (ing. American Hustle) — Devid O. Rasselin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş qara komediya, cinayət filmi. Film 1980-ci illərdə korrupsioner siyasətçiləri tutmaq üçün FTB ilə işləmək məcburiyyətində qalan fırıldaqçılardan bəhs edir.
Amerikalı kələkbaz (film, 2013)
Amerikalı kələkbaz (ing. American Hustle) — Devid O. Rasselin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş qara komediya, cinayət filmi. Film 1980-ci illərdə korrupsioner siyasətçiləri tutmaq üçün FTB ilə işləmək məcburiyyətində qalan fırıldaqçılardan bəhs edir.

Digər lüğətlərdə