1. Uzun lələkləri olan, lələklə örtülmüş (quşlar haqqında).
[Zərrintac xanım:] Alagöz, sən mənə qulluq edərsən, mən də səni lələkli tovuz kimi bəzərəm.
2. Lələk taxılmış, lələk keçirilmiş, lələklə bəzədilmiş. Lələkli şlyapa.
– “Yaşasın!” bağırtısı; Qopunca hər bir yandan; Hərəkət əmri verdi; Lələkli baş komandan.
3. İs. mənasında.
Lələklilər – quşlar.
◊ Lələkli buludlar coğr. – çox hündürdə olan ağ rəngli, kölgəsiz buludlar.