LAMƏZHƏB

sif. [ ər. ] Məzhəbsiz, dinsiz, Allahsız.
// İs. mənasında.
[Hacı Səmsam:] Mən bu laməzhəblərin hər birinin başına on tümən verəcəyəm. P.Makulu.

// Söyüş məqamında işlənir.
[Kərbəlayı:] Pərvərdigara, … ikinci, başıma tənbəki oyunu açdı, onu boşadım, bu da mürtəd qızı, laməzhəb qızı. Çəmənzəminli.

□ Laməzhəb olmaq – dindən çıxmaq, dini etiqadlara inanmamaq, onlara şəkk etmək.
[Qurban usta Zeynala:] Usta, birisi … laməzhəb oldu, heç bir şeyə qayımlığı olmadı, çətindi onu inandırmaq. C.Məmmədquluzadə.
[Kitabpaylayan:] Yəqin Mirzə Fətəli, necə ki, özü laməzhəb olub, Allahın yolundan çıxıb. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LAMƏZHƏB laməzhəb bax dinsiz
LAMƏKAN
LAMİSƏ

Digər lüğətlərdə

заполоска́ть колорату́ра лампа́дка лущи́ться сатана́ сказа́ться скорня́жничание вы́сеять вьюном верте́ться затра́вочка либерти́ ни слуху ни ду́ху омолоди́ть осложни́ть сексапи́льный сердцеве́д удало́й хму́риться каптан freestone genecology good-tempered king-side rock dust спаянность