LAYLAY

is.
1. Körpə uşaqları yatırtmaq üçün hava ilə oxunan həzin şeir parçası; nənni, beşik nəğməsi. Laylay çalmaq. Laylay demək. Laylay oxumaq.
– Oturmuş ana; Basmış bağrına; Nazlı körpəsin; Layla der ona. A.Səhhət.
Gecə-gündüz gözlərilə çəkmiş mənim keşiyimi; Laylay deyib yırğalamış iftixarla beşiyimi. S.Rüstəm.

2. Azərbaycan şifahi xalq ədəbiyyatında şeir formalarından biri (çox zaman dörd misrasından 1, 2 və 4-cü həmqafiyə, 3-cü isə sərbəst olur); məs.: Laylay dedim yatasan; Qızılgülə batasan; Qızılgüllər içində; Şirin yuxu tapasan.
◊ Layla demək məc. – arxayınlaşdırmaq, arxayın salmaq, qəflətdə saxlamaq.
LAYLAŞMAQ
LAYLI
OBASTAN VİKİ
Laylay
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s. Layla aşıq yaradıcılığında simvolik səciyyəlidir. Ustad sənətkarların yaradıcılığındakı həzinlik, musiqi ritmi, söz və musiqi ortaqlığı bir istiqamətdə layla ovqatı yaratmışdır.

Digər lüğətlərdə

безвалю́тица пальмити́н пречу́дный прозаи́ческое прозмеи́ться челове́чий шлычо́к эроти́ческий зарезать кунжу́тный отщеми́ть политизи́рованность чуплюк bellyband billfold cross-check darkness saponaceous selenite медленный невещественность сложённый солонец черешня шёлкоткацкий