MÜDHİŞ

sif. [ ər. ] Dəhşətli, dəhşət doğuran, vahiməli, dəhşətamiz, qorxunc.
Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən. A.Səhhət.
[Şeyda:] İnan ki, əfv etmək intiqam almaqdan daha müdhişdir. H.Cavid.
İndi məndə Xədicəyə qarşı müdhiş bir kin vardı. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜDHİŞ qorxunc — dəhşətli

Etimologiya

  • MÜDHİŞ Ərəbcə dəhşət sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜDƏRRİSLİK
MÜDHİŞLİK

Digər lüğətlərdə