Mütalib Mitarov
Mütalib Mitaroviç Mitarov (23 fevral 1920 - 11 mart 2011) - Tabasaran şairi və yazıçısı, Dağıstanın xalq şairi. 2005-ci ildə “Sətirlərdə ömür” kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı.
== Həyatı ==
Mütalib Mitarov 1920-ci ildə Dağıstan Respublikasının Xiv rayonunun Kondik kəndində anadan olub. Baqautdin Mitarov Mütalib Mitarovun kiçik qardaşıdır.
Mitarov Böyük Vətən müharibəsində iştirak edib, Şimal cəbhəsində vuruşub. Müharibədə əlil olaraq vətəninə qayıdır.
Mütalib Mitarov Pedaqoji Texnikumu və Ali Partiya Məktəbini bitirmiş, daha sonra o, müxtəlif partiya və sovet vəzifələrində çalışmışdır. O, “Bilik” cəmiyyətində Xiv rayon komsomol komitəsinin birinci katibi, Sov.İKP Tabasaran rayon komitəsinin birinci katibi, respublikanın məişət xidməti naziri, Dağucpəqızın direktoru, o cümlədən Respublika Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində çalışmışdır.
Mütalib Mitarovun ilk nəşri 1937-ci ildə “Qırmızı Tabasaran” qəzetində çap olunub. Mitarovun ilk şeirlər kitabı “Xoşbəxtlik” adlanır.