MÜTƏLLİB

tələb edən, tələbkar; iddiaçı.
MÜTALİB
MÜTƏLLİM
OBASTAN VİKİ
Mütəllib Serov
Mütəllib Arif oğlu Serov (9 iyun 2000, Ziliban, Zaqatala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub.2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mütəllib Serov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəna Mütəllib
Rəna Mütallib qızı İrani (25 iyun 1952, Bakı) — "Təfəkkür" Universitetinin- ETM-in Fəxri Professoru Tibb elmləri doktoru. == Həyatı == 25 iyun 1952-ci ildə Bakıda ziyalı ailəsində doğulmuşdur. 1969-cu ildə Bakı şəhəri 190 Saylı orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstituna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) "Müalicə-proflaktika" fakültəsinə daxil olmuşdur. 1975-ci ildə universiteti bitirərək, Azərbaycan Səhiyyə Nazirliyinin 5 Saylı xəstəxanasında daxili xəstəliklər üzrə həkim kimi çalışmağa başlamışdır. 1979-cu ildən Moskva Kardioloji Elmlər Araşdırma Mərkəzi ilə ortaq elmi araşdırma işbirliyi edən Cahangir Abdullayev adına Kardiologiya Elmi Tədqiqat İnstitunda ürək-damaq xəstəliklləri mütəxəssis həkim işinə davam etmişdir. 1986-cı ildə "Xronik ürək çatışmazlığı olan xəstələrin stasionar və ambulator müalicəsində kaptopril və molsidominin istifadəsi" mövzusunda dissertasiya işini müdafiə etmiş və "Tibb elmləri doktoru" elmi dərəcəsini qazanmışdır. 1993–1995-ci illərdə Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin Kardiologiya şöbəsində, 1995–1996-cı illərdə İstanbul Esnaf Xəstəxanasının Kardiologiya şöbəsində işləmişdir. 2004–2005-ci illərdə Özəl Göztəpə Kardiologiya Mərkəzində kardioloq həkim işləmişdir. 2005–2010-cu illərdə Özəl Eyyub Halic Hospitalında 2010–2012-ci illərdə Şişli Nişantaşı Xəstəxanası və İstanbul Cərrahi Xəstəxanasında kardioloq həkim kimi işinə davam etmişdir. 2012-ci ilin dekabr ayından Kardiologiya Müayinəxanasında kardiologiya üzrə dosent, uzman doktordur.
Mütəllib Xan məscidi
Mütəllib Xan məscidi (fars. مسجد مطلب خان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində yerləşən Elxani dövrü memarlıq abidəsi. 18 mart 2018-ci ildə İranıın Milli İrs siyahısına 4846 nömrədə qeydə alınıb. == Tarixi == Xoy şəhərinin mərkəzində Teleqani küçəsi ilə İmam küçəsinin kəsişməsində yerləşən abidənin şərqində Xan karvansarayı və tarixi Xoy bazarı yerləşir. Abidənin günümüzə qədər bir ədəd kitabəsi gəlib çatmışdır. Kitabə mətni belədir: "١ - وحید الدّھر حاجىمطل ّب خان ٢ - كھ دارد او نژاد ازشیخ اكرم ٣ - بھاءالدین محمد عالمى كو ٤- زافلاطون بھ حكمت بود اعام ٥- روان او چو از تن رفت دوران ٦ - زشادى گشت خالى شد پُر از غم ٧ - شد آنگھ تیره روى ماه و خورشید ٨ - شد آنگھ پشت چرخ واژگون خم ٩ -مرصّع كارى وجوھر شناسى ١٠- مر او رابود در گیتى مسل ّم ١١ - بھ تاریخ وفاتش گفت فرھنگ ١٢ -بھ جنّت باشد او را حور ھمدم" Kıtabədə abidənin Hacı Mütəllib xan tərəfindən tikdirildiyi və bu şəxsin məscidin inşası zamanı vəfat etdiyi yazılıb. Ölüm tarixi ilə bağlı beytlərdə əbcəd hesabından istifadə edilmişdir. Mənbələrdə bu tərifəlayiq yazının Qani adlı şəxs tərəfindən yazıldığı qeyd edilir və əbcəd hesabı ilə 1255/1839-cu ilə təsadüf etdiyi bildirilir. Yazılı mənbələrdə binanın ilk tikintisinin Elxanilər dövrünə aid olduğu yazılır. Məscidin Elxanilər dövründə tikilib sonradan Qacar dövründə bərpa edildiyi düşünülür.Mirâtü'l-Buldanın müəllifindən sitat gətirdiyi İran İslam Memarlığının Gəncnamə Enkslopediyasında V cildində məscid barədə yazılıb ki, bu məscid Xoyun dağılmış digər məscidləri sırasındadır.
Adilə Mütəllibova
Adilə Mütəllibova, Ədilə Mütəllibova (1938, Bakı – 5 iyul 2019, Bakı) — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı. İxtisasca həkim idi. == Həyatı == Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşamışdır. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamırdı. Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən bir xəstəlikdən sonra 81 yaşında vəfat edib. Onun dəfn mərasimi həmin gün Bakıda Təzə Pir məscidində keçirilib. Bakı Yasamal qəbiristanlığında oğlu Azadın yanında dəfn edilib.
Ayaz Mütəllibov
Ayaz Niyazi oğlu Mütəllibov (12 may 1938, Bakı – 27 mart 2022, Bakı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikasının 1-ci prezidenti (1990–1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi (1990–1991). == Həyatı == Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib.Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur. 1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olmuşdur.Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat etmişdir. Sabiq prezident Birinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır. == Siyasi fəaliyyəti == Ayaz Mütəllibov 1963-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunmuşdur.
Mütəllibov hökuməti
Azərbaycanın I Nazirlər Kabineti — 1991-ci il mayın 22-də və 23-də formalaşan müstəqil Azərbaycan tarixinin birinci Nazirlər Kabineti. Nazirlər Kabineti 16 nazirdən və 9 Dövlət Komitə sədrindən idi. Nazirlər Kabinetinin sədri Həsən Həsənov idi. Hökumət Ayaz Mütəllibov tərəfindən qurulmuşdu.
Niyazi Mütəllibov
Niyazi Əşrəf oğlu Mütəllibov — Azərbaycanlı cərrah, tibb elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991).Yasamal qəbiristanlığında dəfn edilib. Azərbaycan Respublikasının 1-ci prezidenti olmuş Ayaz Mütəllibovun atasıdır.
Samir Mütəllibov
Tofiq Mütəllibov
Tofiq Mütəllim oğlu Mütəllibov (13 aprel 1929, Naxçıvan – 30 oktyabr 1992, Bakı) — şair, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Tofiq Mütəllim oğlu Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində anadan olmuşdur. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil almışdır. Onun 1946-cı ildə "Zəfər" adlı ilk şeiri "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. O, "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifələrində çalışmışdır. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləmişdir. XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən T.Mütəllibov 30-a yaxın kitabın müəllifidir."Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət etmiş, onun sözlərinə bəstələnən mahnılar seviləsevilə dinlənilmişdir. Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş etmişdir. "Cücələrim"in 60-dan çox yaşı var.
Əliabbas Mütəllibzadə
Mütəllibzadə Əliabbas (Əlabbas) Mütəllib oğlu (1883, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 28 avqust 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi, yazıçı, jurnalist, ədəbiyyatşünas və tərcüməçi. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əliabbas Müznib 1883-cü ildə Azərbaycanın Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. "Zənbur" (1909–1910), "Səhabi saqib" (1911), "Babayi-Əmir" (1915–1916) və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınmışdır. "Yusif və Züleyxa" (1914), "Tikan kolu" (1917), "Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri" (1928) və s. kitabların müəllifi olmuşdur. 1938-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == 1881-ci ildə Bakıda doğulub.
Əmin Abid Mütəllibzadə
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir.
догаре́сса культу́рно-ма́ссовый перепроща́ться привыка́ние приукра́сить прокова́ться бди́тельный либи́до пляса́ть по дудке полубуты́лка прозенхи́ма проника́ть щадя́щий генералитет снискать уйга aah bawbee benne hemophilia mice saltatorial tale-teller молодняк притча