MƏHƏBBƏT

1. MƏHƏBBƏT, EŞQ, SEVGİ (sevişmə) Qaraş Göyçəyə necə dil açsın? Yeni-yeni pardaqlanmağa başlayan qızılgül misallı eşqə, məhəbbətə, sevgiyə necə arxa çevirsin (Ə.Vəliyev); MEHR İşıqlar yandırmısan mehrabında zəhmətin; Həyat verir insana qayğın, mehrin, şəfqətin (M.Rahim); MEYİL Mən sənə mayiləm, səndədir meylim: Demə səndən qeyri kəsdədir, ay qız! (M.P.Vaqif); SEVDA [Qəndab:] Mənə elə gəlirdi ki, əgər Çingiz qağa ilə Qönçənin sevgisi baş tutmasa, biz o mehriban insanı əbədi itirəcəyik (B.Bayramov).

2. məhəbbət bax mehribanlıq 1

3. məhəbbət bax həvəs

4. məhəbbət bax təmas

MƏHDUD
MƏHƏBBƏTNAMƏ

Digər lüğətlərdə