MAĞAZA

is. [əsli ər.məxazin”dən] Böyük dükan, iri ticarət müəssisəsi. Bakı universal mağazası.
– Hər küçədə bir və ya iki xırda dükandan başqa … bütün mağaza və dükanlar bağlıdır. M.İbrahimov.
Mağaza və pavilyonların al-əlvan titrək illüminasiyası, bəzəkli vitrinlər adamsız çox qüssəli göründü. Q.İlkin.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MAĞAZA mağaza bax dükan

Etimologiya

  • MAĞAZA Ərəb mənşəlidir, ilkin mənası “anbar” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MAĞARA₂
MAĞUL

Digər lüğətlərdə