MASKALANMAQ

f.
1. Maska taxılmaq, maska keçirilmək.
2. Bir şeylə üstü örtülmək, gizlədilmək; görünməz, seçilməz hala salınmaq. Atəş nöqtələri maskalanmışdı.
3. qayıd. Üzünə maska taxmaq, maska geymək.
4. məc. Özünü olduğu kimi deyil, başqa cür göstərmək, başqa cildə (dona) girmək, öz simasını gizlətmək, ikiüzlülük etmək.
MASKALANMA
MASKALI

Digər lüğətlərdə