MESH

mesh1

n 1. İlgək; ilmə; 2. həncama, rəzə; 3. oyuq; dəlik; göz; tor; şəbəkə

mesh2

v uyğun gəlmək

MERRY
MESMERIC
OBASTAN VİKİ
Meshuggah
Meshuggah — 1987-ci ildə İsveçin Umea şəhərində yaranmış eksperimental metal qrupudur. Meshuggahın ardıcıl işləri öncəliklə qurucu üzvləri vokalist Cens Kidmanı və bas gitarist Fridrik Thordendalı, 1990-cı ildə qoşulmuş zərb ifaçısı Tomas Haak'ı və 1992-ci ildə qoşulmuş ritm gitaristi Mårten Hagströmü tapmaq idi. Qrup indiyə kimi bir çox bas gitarist dəyişdirmişdir, ancaq hal-hazırda bu vəzifəni 2004-cü ildən bəri Dik Lovqrin yeinə yetirir. Meshuggah 1995-ci ildə yayımladığı "Destroy Erase Improve" adlı ikinci studiya albomu ilk dəfə dünya səviyyəsində diqqətləri öz üzərinə çəkdi. Qrup bu albomda sürətli templi death metal, thrash metal, proqressiv metalı caz elementləri ilə birləşdirmişdir. Qrup, 2002-ci ildə yayımladığı "Nothing" albomundan bu yana səkkiz simli aşağı köklənmiş gitara istifadə edir. Meshuggah daha çox innovativ və müasir musiqi tərzi, polimetrik mahnı qurulu və poliritmləri ilə tanınır. Meshuggah, Rolling Stone tərəfindən 10 ən vacib hard rok və heavy metal qrupundan biri və Alternative Press tərəfindən ən önəmli metal qrupu hesab edilir. Meshuggah kiçik müvəffəqiyyət əldə etsə də, underground musiqidə öz meylini yaratmış musiqi qrupudur. Quruluşundan bu günə Meshuggah, yeddi studiya albomu çıxartmışdır, yeddi EP və səkkiz video klip.