MeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur.
Vahid 1912-ci ildə təklif edilmişdir,
1930-cu ildən istifadə olunur.Fizikada, kimyada və səhiyyədə istifadə olunur.
== eV enerji vahidi kimi ==
Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur.1 elektron volt= 1.602 176 565(35) × 10−19 coulVahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir:
keV — (kilo yunan khilioi — min) — 103 elektron volt
MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt
GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt
TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt
== eV/c2 kütlə vahidi kimi ==
Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir.
Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır.
Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir.
E
=
m
∗
c
2
{\displaystyle E=m*c^{2}}
Buradan
m
=
E
/
c
2
{\displaystyle m=E/c^{2}}
Beləliklə
1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg
Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kgBəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır.
Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.