MINT

mint1

n I nanə

n II 1. sikkə kəsilən yer; coins fresh from the ~ dəzgah altından təzə çıxmış sikkələr; 2. böyük məbləğ; a ~ of money böyük məbləğ pul; to make / to earn a ~ of money böyük məbləğ pul qazanmaq; 3. kəsilmiş medal / marka

mint2

v kəsmək (sikkə, medal və s.)

MINORITY
MINUS
OBASTAN VİKİ
Linux Mint
Linux Mint — Ubuntu Linux əsasında yaradılmış əməliyyat sistemidir. Linux Mintin ilk versiyası 2006-cı ildə istifadəyə verilmişdir. Bundan əlavə, 2010-cu ildə birbaşa Debian üzərində qurulmuş Linux Mint versiyası istifadəyə buraxıldı. Linux Mint – DistroWatch saytının verdiyi statistikaya görə ən çox yüklənilən Linux əməliyyat sistemidir.
Mayer Mint şirkəti
1871-ci ildə Almaniyada Bernard Henrix Mayer tərəfindən əsası qoyulan "Mayer Mint" şirkətinin kolleksiyaları arasında Mahatma Qandi, Tereza Ana, ABŞ-nın keçmiş prezidenti Con Kennedi, Şahzadə Diana, Martin Lüter kimi tanınmış şəxsiyyətlərin qızıldan və digər qiymətli metallardan hazırlanmış medalyonları da vardır. Bu cür medalyonlar müvafiq dövlət orqanlarının xüsusi icazəsi ilə buraxılır. Şirkətin hazırladığı xatirə medalyonları dünyanın 160-dan artıq ölkəsinə yayılıb. Heydər Əliyevin xatirəsinə istehsal edilən medalyonlar da həmin medalyonlar sırasına daxil olub və dünyanın 200-dən çox ölkəsində kolleksiya həvəskarlarına təqdim edilməsi nəzərdə tutulmuşdur. 2009-cu il sentyabrın 25-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr edilmiş medalyonların təqdimat mərasimi olub. Şirkət dünyada, xüsusilə də keçmiş Sovet İttifaqının və Qafqaz regionunun siyasi həyatında böyük rol oynamış Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün xatirə medalyonlarını istehsalı etməyi qərarlaşdırdıqdan sonra Heydər Əliyev Fondundan rəsmi icazə alıb.
Klimenti Mints
Klimenti Borisoviç Mints (rus. Климентий Борисович Минц; 21 yanvar 1908, Yekaterinburq, Perm quberniyası[d] – 22 dekabr 1995, Moskva) — sovet rejissoru və ssenari müəllifi, RSFSR əməkdar incəsənət xadimi (1989).
Micrastur mintoni
Micrastur mintoni (lat. Micrastur mintoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin micrastur cinsinə aid heyvan növü.
Mintac Elsevər
Mintac Elsevər (tam adı: Əliyeva Mintac Allahverdi qızı) (5 may 1975) -Azərbaycanlı jurnalist. Mintac Elsevər 5 may 1975-ci ildə Ermənistanda anadan olmuşdur. Əsas fəaliyyət istiqamətləri jurnalistika, kino və televiziyadır. Əvvəlcə Azərbaycan televiziyasında, sonralar ANS-də çalışmışdır. Aztv-də bir sıra veriliş və filmlərin müəllifidir. Bunlara "Romantik kommunist", "Yağmurun səsi", "Cəsur zərifin seçimi", "Tənha xurma ağacı" filmlərini, "Birincilər" və "Unudulmayanlar" layihələrini misal göstərmək olar. Yazar olaraq mətbu orqanlarda mütəmadi yazıları çıxır. Hazırda ARB televiziyasında çalışır. Yeraltı və yerüstü xəzinə (film, 2007)(qısametrajlı sənədli televiziya filmi) (prodüser) Cəsur zərifin seçimi (film, 2009) (qısametrajlı sənədli film) 1 mətbuat konfransının tarixi (film, 2015) (qısametrajlı sənədli film) (səsləndirmə) Böyük ustadın sirləri... (film) (qısametrajlı sənədli film) Cənnətdən qovulmuşlar (film) İllərin ilmə yaddaşı (film) (qısametrajlı sənədli film) Romantik kommunist (film) (qısametrajlı sənədli film) Tənha xurma ağacı...
Mintay
Mintay (lat. Theragra chalcogramma)— Treskakimilər fəsiləsinə daxil olan, soyuq suları sevən balıq növü. Onlar əsasən Sakit okeanın şimal hissəsində yayılmışdır. Atlantik və Sakit okeanın ən qiymətli qida resursu hesab edilir. Balıqların maksimal uzunluğu 91 sm, çəkiləri 3,85 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir Üç bel üzgəci Qısa bığlar Yan üzgəclər. Üzəri nöqtələrlə örtülüdür Gözləri böyükdür. Dərin sularda üzən balıqlardır. Bu balıqlar soyuq sularda (2 - 9 °C) yaşayırlar. Əsasən 200 - 300 metr arası sularda yaşasalarda bəzən 500—700 dərinliyə qədər enə bilirlər.
Mintay (cins)
Mintay (lat. Theragra) — Treskakimilər (Gadidae) fəsiləsinə aid balıq cinsi. Cinsə iki növ daxildir: Atlantik mintayı (Theragra finnmarchica) əsasən Barens dənizində və Mintay isə Sakit okeanın Yapon dənizi və Kaliforniya sahillərində yayılmışdır Mintaylar ortala 55 sm uzunluğa və 1,5 kq çəkiyə malik olurlar. Bədənləri olduqca uzundur. Qısa bığlara sahibdirlər. Bu cinsə daxil olan növlərdə bir qayda olaraq üç bel üzgəci olur. Mintaylar əsasən okeanların səthində sularında yaşayırlar. Əsasən 200–300 m dərinliklərdə yayılırlar. Yetkinliyə 3-4 illiyində çatırlar.
Minthe pulegia
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Minthostachys
Minthostachys (lat. Minthostachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Minthostachys mollis
Minthostachys mollis (lat. Minthostachys mollis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin minthostachys cinsinə aid bitki növü.
Minthostachys verticillata
Minthostachys verticillata (lat. Minthostachys verticillata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin minthostachys cinsinə aid bitki növü.
Mintimer Şaymiyev
Mintimer Şarip oğlu Şaymiyev (tatar. Минтимер Шәрип улы Шәймиев (Mintimer Şərip ulı Şəymiyev) rus. Минтиме́р Шари́пович Шайми́ев; 20 yanvar 1937, Ənək[d], Tatarıstan MSSR, RSFSR, Kalinin rayonu[d], SSRİ) — Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasının birinci prezidenti. Etnik tatardır. İlk dəfə 12 iyun 1991-ci ildə prezident təyin olunmuş və bu vəzifəyə üç dəfə ardıcıl olaraq yenidən seçilmişdir. Şaymiyev 1937-ci ildə Tatarıstan MSSR-nın Aktanışski rayonunun Anyakovo kəndində anadan olmuşdur. 1959-cu ildə Kazan Kənd Təsərrüfatı İnstitutundan məzun olmuş və kənd təsərrüfatı mühəndisi kimi işləməyə başlamışdır. 1963-cü ildə Kommunist Partiyasına üzv olmuş və 1967-ci ildə Tatarıstanın regional partiya təşkilatında kənd təsərrüfatı üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin olunmuşdur. Şaymiyev 1969-cu ildə respublikanın Meliorasiya və Su Təsərrüfatı naziri, 1983-cü ildə isə Tatar Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. 1989-cu ilin sentyabrında Tatarıstan Kommunist Partiyasının baş katibi vəzifəsini yerinə yetirmiş və elə həmin il SSRİ Xalq Deputatları Konqresinə seçilmişdir.
Mintos FK
«Mintos» — Rostov vilayəti Novoçerkassk şəhərində fəaliyyət göstərən futbol klubu. 2009-cu ilə qədər həvəskarlar və regional layihələrdə iştirak edirdi. 2009-cu ildə HFL «Cənub» zonasında birinci yeri tutaraq yuxarı pilləyə qalxmışdır. 2010-cu ildə Futbol üzrə İkinci divizyonun «Cənub» zonası qəbul edilmişdir. Mintos FK peşəkar klub olaraq ilk oyununu 2008-ci ildə Rostov vilayət liqasında keçirmişdir. Klub bir oyunu məğlub olmadan Liqanın finalına yüksəlmişdir. Son nəticə olaraq birinci yeri tutan klubdan yalnız bir xal geri qalaraq ikinci yeri tutur. Mintos 2009-cu ildə HFL «Cənub» zonasında iştirak etmişdir. Futbol üzrə Rusiya Kubokunun bir necə mərhələsini keçərək 1/32 finala qədər irəliləyə bilmişdir. Bu mərhələdı Belqorodu təmsil edən SalyutFK məğlub olmuşdur.
Mintuçi
Mintuçi (aynuミントゥチ, mintuci; həmçinin "mintuti", "mintuçi kamuy") – aynu mifologiyasında fövqəltəbii varlıq, yarıinsan-yarıheyvan, su ünsürünə aid ruh. Adətən kappu kimi təfsir edilir. Adının dielaektik variantları – "mimtuçi", "mintoçi". Yapondilli ədəbiyyatda minçuti (yap. ミンツチ) variantına rast gəlmək olar. Ehtimala görə "mintuçi" sözü Midzuti sözü ilə qohumdur. Ola bilsin ki, mintuçi özündə kappanın və aynuların keçəl "dağ adamlarının" xüsusiyyətlərini birləşdirir. Əfsanələrə görə, yaponlar Edo dövründə aynularla ticari əlaqələr qurmaq üçün Hokkaydoya gəldikdə, sonuncuların gəmilərinə çiçək xəstəliyi şeytanı soxulur. Çiçək xəstəliyi epidemiyası çoxlu sayda aynunun həyatına son qoyur. Okikurumi yovşan gövdəsindən 61 kukla düzəldərək şeytanla döyüşməyə yollanır.
Minthe
Nanə (lat. Mentha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Minthostachys verticillata var. eupatorioides
Minthostachys verticillata (lat. Minthostachys verticillata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin minthostachys cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Xenopoma verticillatum Griseb. === Heterotipik sinonimləri === Bystropogon kuntzeanum Briq. Minthostachys verticillata var.