Daur murdarçası
Daur murdarçası (lat. Rhamnus davurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbii halda Monqolustan, Çin, Koreyada yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 10 m-ə çatan ağacdır. Ağacın qabığı tünd, qaramtıl-qonur rənglidir, nisbətən yaşlı ağaclarda çatlar əmələ gəlir.Cavan budaqlar tüklü yaşıldır, sonralar boz və ya açıq qəhvəyi rəngli olur. Budaqların ucunda adətən iri tumurcuq yerləşir. Yarpaqlar qarşı-qarşıya və ya növbəli yerləşir, üst səthi parlaq, yaşıl rənglidir, alt tərəfi boz- yaşıl, çılpaq və ya damar boyu tükcüklüdür. Uzunsov oval və ya oval formalı olub, eni 5-10 sm-dir, kənarı dişlidir. Çiçəklər yaşımtıl sarıdır, zəngşəkillidir, uzunluğu 4-6 mm-dir. Meyvəsi şarşəkilli çəyirdəkdir, tünd göy rəngdədir, diametri 5-7 mm-dir.