MÜSADİRƏ

is. [ ər. ] Xüsusi şəxslərə, yaxud şirkət, təşkilat, müəssisə və s.-yə məxsus əmlak, pul və s.-nin bütünlüklə və ya qismən dövlətin xeyrinə zorla və əvəzsiz zəbt olunması.
□ Müsadirə etmək (eləmək) – bir şəxsin, yaxud şirkət, təşkilat, müəssisənin əmlak, pul və s.-ni dövlətin xeyrinə zorla və əvəzsiz olaraq zəbt etmək.
…Şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər. M.S.Ordubadi.

// Çap edilmiş bir əsəri satışdan götürmə.

Etimologiya

  • MÜSADİRƏ Ərəbcə sədr (rəis) sözü ilə qohumdur. “Əlindən almaq” deməkdir (baş­çılıqdan, sahiblikdən məhrum etmək)
MÜSABİQƏ
MÜSAFİR

Digər lüğətlərdə