MƏRDANƏ

zərfsif. [ fars. ]
1. İgidcəsinə, qəhrəmancasına, qorxmadan. Mərdanə vuruşmaq.
2. Mərdcəsinə, açıqcasına. Mərdanə danışmaq.
– Başımı top edib yenə meydanə girmişəm; Meydanə girməyə yenə mərdanə ər gərək. Nəsimi.

3. Kişiyə xas olan, kişiyə məxsus, kişi üçün olan. Mərdanə paltar.
– Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Ə.Haqverdiyev.
Hətəmxanın çiynində göy mahud çuxa, … ayağında iri nallı mərdanə başmaq var idi. S.Rəhimov.

// məc. Kişi kimi, kişi tərzində.
Qızın sifətindəki mərdanə gözəllik, … sərrastlığı, danışığındakı cazibə [Səlimin] gözündən qaçmamışdı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏRDANƏ cəsuranə

Antonimlər (əks mənalı sözlər)

  • MƏRDANƏ MƏRDANƏ – GİZLİ Mərdanə qardaş qabağında yüz dəfə ölüb dirilsən, yenə azdır (Ə.Haqverdiyev); Yoldaşlar bunu gördükcə aralarındakı gizli məhəbbətin uzu
MƏRD-MƏRDANƏ
MƏRDANƏLİK

Digər lüğətlərdə

аккомпаниа́тор всевозмо́жно до́чкин книгохрани́лище неесте́ственно преамбицио́зно радиолока́ция разла́пый толчёный уду́мывать фольварковый закабаля́ться зверу́шка здорово пересозда́ние разу́мник корчма патока auto-da-fé organizability posthumously redemptory белковый затаённый худой