NÖŞÜN “Nə üçün” sözünün canlı dildə işlənən təhrif edilmiş forması. Ey gözüm, nə dəyib kövrək könlünə? Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif. [Məşədi Püstə bacı:] Ay Xeyransa bacı, İnayəti nöşün evləndirmirsən? H.Sarabski.