NƏBİBƏ

ə. kötükcənin övladı.

NƏBİ
NƏBİL
OBASTAN VİKİ
Nəbibə Həsənova
Nəbibə Baladayı qızı Həsənova (22 sentyabr 1932, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR məişət xidməti naziri (1964–1968), Azərbaycan SSR məişət xidməti və yerli istehsal naziri (1963–1964). Nəbibə Baladayı qızı Həsənova 1932-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Moskva Yüngül Sənaye Texnologiyası İnstitutuna daxil olub. 1955-ci ildə təhsili başa vuraraq təyinatla Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin tələbinə əsasən Ə.Bayramov adına fabrikdə mühəndis-mexanik kimi ilk əmək fəaliyyətinə başlayır. Üç aydan sonra isə baş mühəndis vəzifəsinə irəli çəkilir. Nəbibə Həsənova 1961-ci ildə respublika yerli sənaye nazirinin müavini, 1963-cü ildə isə məişət xidməti və yerli istehsal naziri vəzifələrinə yüksəlib. 1968-ci ildə isə o, Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1989-cu ildən fərdi dövlət təqaüdündədir. Nəbibə Həsənovanın vətən və xalq qarşısındakı xidmətləri dövlət təltiflərinə, orden və medallara layiq görülüb.
Bəhram bəy Nəbibəyov
Nəbibəyov Bəhram bəy Qasım bəy oğlu (6 dekabr 1884 — iyul 1930) — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun zabiti, polkovnik, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri. == Həyatı == Bəhram Nəbibəyov 1884-cü ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olmuşdu. İlk təhsilini Kutaisi Realnı məktəbində alıb. Sonra Peterburq Konstantin artilleriya məktəbinin tələbəsi olmuşdu. 1904-cü il 2 sentyabrda oranı birinci dərəcəli diplomla başa vurmuşdu. Elə həmin il Qafqazdakı iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Bəhram bəy 1909-cu il 7 sentyabrda poruçik, 1912-ci il 31 avqustda isə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü. == Fəaliyyəti == Bəhram Nəbibəyov 1904-cü ildən Rusiya ordusunun Qafqazdakı topçu briqadasında xidmətə başlamışdır. İkinci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdir. 1918-ci il 27 noyabrda Azərbaycan topçu briqadasına təyinat almış, sonra isə 2-ci topçu briqadasının 3-cü batareya komandiri vəzifəsində xidmət etmişdir.
Gülnarə Nəbibəyova
Hüseyn bəy Nəbibəyov
Nəbibəyov Hüseyn bəy Qasım bəy oğlu (15 yanvar 1892–1931) — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, polkovnik, Sovet dönəmində hərbi hazırlıq müəllimi, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri olmuş polkovnik Bəhram bəy Nəbibəyovun, AXC ordusunun podpolkovniki Zahid bəy Nəbibəyovun və AXC Birinci Cavanşir piyada alayının kapitanı Vahid bəy Nəbibəyovun qardaşı. == Həyatı == Hüseyn bəy Nəbibəyov 1892-ci ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olub. Şəkidə Rus-Tatar məktəbində bir müddt oxuduqdan sonra təhsilini Kutaisi Realnı məktəbində davam etdirib. Sonra Sankt-Peterburqdakı Konstantin artilleriya məktəbini birinci dərəcəli diplomla başa vurub. Böyük qardaşı Bəhram bəy Nəbibəyovun komandiri olduğu Qafqaz iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Hüseyn bəy 1914-cü ildə poruçik, 1916-cı ildə ştabs-kapitan rütbəsinə layiq görülüb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda podpolkovnik rütbəsi ilə yüksək vəzifədə çalışıb. Bir müddət Bakı hərbi dairəsi məhkəməsinin hakimi olub. Hakim işlədiyi dövrdə Cümhuriyyətin hərbi naziri, atilleriya generalı Səməd bəy Mehmandarova sui qəsd edən dəstənin məhkəmə işini aparan Hüseyn bəy cinayətkarların layiqli cəzalandrılmasına nail olmuşdur. 1920-ci ildə polkovnik rütbəsi almışdır.
Murad Nəbibəyov
Rüstəm Nəbibəyov
Nəbibəyov Rüstəm Hüseyn bəy oğlu (26 yanvar 1923 - 1 avqust 1987) — Azərbaycan pedaqoqu, tanınmış rus dili və fizika-riyaziyyat müəllimi, Azərbaycan "Bilik" Cəmiyyətinin üzvü, Azərbaycan SSR-in əməkdar səmərələşdiricisi. Məşhur Nəbibəyovlar nəslinin nümayəndəsi. Rüstəm Hüseyn bəy oğlu Nəbibəyov 1923-cü il yanvarın 26-da Şəkidə anadan olmuşdur. Atası podpolkovnik (1920-ci ildə qırmızı ordunun Azərbaycanı işğal etdiyinə qədər polkovnik) Hüseyn bəy Nəbibəyov və əmiləri polkovnik Bəhram bəy Nəbibəyov, kapitan Vahid bəy və kapitan Zahid bəy 1930-cu ilin aprelində sovet quruluşuna qarşı aparılan mübarizənin fəal iştirakçıları olduqlarından bolşeviklər tərəfindən repressiyaya məruz qalmışlar. Polkovnik Bəhram bəy 1930-cu ildə Şəkidə sovet quruluşuna qarşı baş vermiş silahlı üsyanın rəhbərlərindən biri olmuşdur. Böyük qardaşı Tamerlanın da hökumətə qarşı etdiyi çıxışlara görə qırmızılar tərəfindən öldürüldüyü bildirilir. Üç uşaqla tənha qalan anası Göyçək xanım Tahirbəyova ailənin dolanacağını təmin etmək üçün Şəkidəki uşaq evində tərbiyyəçi-müəllim işinə düzəlir. Sonralar təhsili və savadı imkan verdiyindən onu həmin müəssisəyə müdir vəzifəsinə irəli çəkirlər. 1940-1942, Nuxa Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi; 1948-1953, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsi; 1963-1969, M.F.Axundov ad. Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsi.
Ziyadxan Nəbibəyli
Ziyadxan İsrafil oğlu Nəbibəyli – (1946), professor, elmlər doktoru, Azərbaycan Yazıçılar və jurnalistlər birliklərinin üzvü. Ziyadxan Nəbibəyli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin gündüz şöbəsinə qəbul olur, fəal komsomolçu olur, yaxşı oxuduğu üçün onu Moskva Bauman adına Fizika-Texnika Universitetinə göndərirlər, oradan ordu sıralarına göndərilir və ordudan tərxis olunduqdan sonra doğma Universiteti müvəfəqiyytlə başa vurur. Başqa bir qeyd edilməli məqam isə Ziyadxan Nəbibəylinin ali təhsili başa vurduğu ildə Politexnik İnstitutunda (indiki Texniki Universitet) ilk günlərdən tələbələrə mühazirə oxumalı olmuşdur. Hətta, 5-ci kurs tələbələrin arasında onun özündən yaşca böyük və ailə qurmuş tələbələrdə olmuşdur. Bakı şəhərinin Oktyabr rayonu (indiki Yasamal) 176 və 80 saylı orta məktəblərində də dərs aparan Ziyadxan Nəbibəyli XX əsrin 70-ci illərindən Azərbaycan Elmlər Akademiyasının Neft-Qaz Problemləri Institutunun fizika-kimya laboratoriyasının əməkdaşı olur. Əlbəttə, o, buraya bir təsadüfdən gəlməli olur. Bundan əvvəl AREA-nın fizika institutuna elmi seminara gəlirdi, institutunun direktoru, akademik Həsən Abdullayevlə yaxşı münasibətlər də qurmuşdu. Belə ki, 1969-cu ilin dekabr ayında "səhətinə" görə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən professor Məmməd İsgəndərovu Akademiyanın Neft-Qaz institutuna müdür təyin edirlər. Bir müddətdən sonra M.Isgəndərov bu vəzifəsindən də istefaya getməli olur. Institutda xeyli hörmət, nüfuz qazanmağına, gecə-gündüz elmi işləri ilə məşğul olmağına baxmayaraq yeni rəhbərlik Ziyadxan Nəbibəylini M. İsgəndərovun "adamı", onun "qohumu" kimi sıxışdırmağa başlayır, müdafiə işlərinə əngəllər törədir, baxmayaraq ki, onun elmi əsərlərində institut müdürünün adı birinci gedirdi.

Digər lüğətlərdə