NƏZƏRƏLİ

Əli nəzəri.
NƏZƏRALI
NƏZƏRXAN
OBASTAN VİKİ
Nəzərəli xan Mərəndi
Nəzərəli xan Məhəmmədəzim xan oğlu Mərəndi (?-1828) — Mərənd hakimi. Nəzərəli xan Məhəmmədəzim xan oğlu Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl təhsil almışdı. Bəzi İran müəlliflərinə görə seyid əsillidir. O, Seyid Nəzərəli xan yüzbaşının nəvəsidir. Mir Qılınc xan Babanın törəməsidir. Nəzərəli xan II rus-İran müharibəsində iştirak etmişdi. Əminə Pakrəvan yazır: Bu səbəbdən də dayısı Əmir xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona qatılacaq olan dayısının başçılığındakı Xoydan gələn ordu ilə bərabər Gəncəyə hücum etməyi planlamışdı. Böyük oğlunu (Məhəmməd mirzəni-Ə. Ç.) səkkiz min nəfərlik piyadənin sərkərdəsi olan Əmir xanın yardımçılığına təyin etdi.
Nəzərəli xan Şahsevən
Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (1735, Ərdəbil – 1757, Ərdəbil) — Ərdəbil xanı (1763–1792). O qardaşı Nəsir xan Şahsevən ilə şərik hakimiyyətə malik idi. Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu. Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər. Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu.
İmamqulu Nəzərəli oğlu
İmamqulu Nəzərəli oğlu (XVII əsrin sonu—XVIII əsr) — Orta əsrlərdə Naxçıvanda görkəmli sənətkar kimi yetişən və əhali arasında memar kimi tanınan ustalardan biri də İmamqulu Nəzərəli oğlu olmuşdur. Bu görkəmli memarın adı XX yüzilliyin 80-ci illərində Əlincəçay sahilindəki Şeyx Xorasan xanəgahında bərpa işləri aparılarkən aşkar edilmiş inşaat kitabəsi (şəkil 104) vasitəsilə elmə məlum olmuşdur. Hicri 1141-ci ilə (miladi 1728-29-cu il) aid olan bu kitabədən məlum olur ki, İmamqulu Nəzərəli oğlu xanəgah kompleksinə daxil olan tikililərdən birinin memarı olmuşdur. Kitabədə "memar" titulu ilə təqdim olunması onun öz peşəsinin mahir ustası olduğunu göstərir. Kitabənin tarixinə əsasən demək olar ki, memar İmamqulu Nəzərəli oğlu XVII yüzilliyin sonları–XVIII yüzilliyin birinci yarısında yaşamışdır. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan:Əcəmi, 2017, 216 s.
Nəzərəli xan Kəngərli
Nəzərəli xan Kəngərli (d. 1776, Naxçıvan xanlığı - ö. 1856, Naxçıvan, Rusiya imperiyası) — 1811-1813-cü illərdə Naxçıvan xanlığının xanı olmuş, Rus-İran müharibələrində Qacar ordusu tərəfindən iştirak etmişdir. Nəzərəli xan Ehsan xan Kəngərli və Şeyxəli xan Kəngərlinin qardaşı idi. Nəzərəli xan gənc yaşlarında atası Kəlbəli xan tərəfindən Fətəli şah Qacarın yanına göndərilmiş və onun yanında əmanət olaraq qalmışdır. Qacar ordusunun rəhbəri və vəliəhd şahzadə Abbas Mirzənin oğlu tərəfindən yazılmış bu məktubda Kərim xandan Qarabağı ələ keçirilməsi istənilirdi. Bu məqsəd üçün ona 1000 süvari də yardıma göndərilmişdi. Artıq iyun ayının əvvəllərində Kərim xan əmrində olan ordu ilə birlikdə Qarabağda əməliyyatlara başlamışdı. Onun Mehri istiqamətindəki yolları bağlamasından sonra bölgədəki rus komandanı general Nebolsin polkovnik Kortlyarevskiyə XVII Yaeger alayını götürərək Kərim xanın ələ keçirdiyi yeri geri almağa göndərir. Yürüşə başlayan Kortlyarevski Kərim xanın mövqeləndiyi yerə gəlir və baş verən toqquşmalardan sonra onu Ordubada doğru geri çəkilməyə məcbur edir.
Nəzərəli xan Sarıxanbəyli-Şahsevən
Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (1735, Ərdəbil – 1757, Ərdəbil) — Ərdəbil xanı (1763–1792). O qardaşı Nəsir xan Şahsevən ilə şərik hakimiyyətə malik idi. Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu. Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər. Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu.
Abbasəli Nəzərəliyev
Nəzərəlibulağı (Biləsuvar)
Nəzərəlibulağı (fars. نظرعلي بلاغي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 319 nəfər yaşayır (84 ailə).
Nəzərəlikəndi (Nəmin)
Nəzərəlikəndi (fars. نظرعلي كندي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (6 ailə).