NAÜMİD

sif.zərf [ fars. ] Ümidsiz, ümidini itirmiş (halda).
Candan qəmin içrə naümidəm; Şəmşiri-cəfa ilə şəhidəm. Füzuli.
Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. C.Cabbarlı.

□ Naümid etmək (eləmək) – ümidsiz etmək, ruhdan salmaq, ümidini boşa çıxartmaq, ümidini kəsmək.
Əliqulu heç kəsə rədd cavabı vermirdi, heç kəsi naümid eləmirdi. S.Rəhman.

Naümid olmaq – ümidsiz olmaq, ümidini itirmək (kəsmək), ruhdan düşmək, əlini üzmək.
[Qazı Xudayar bəyə:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışmağa durmaz idim sənnən. C.Məmmədquluzadə.
Fərəc yenə naümid olmadı. Qantəmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAÜMİD çarəsiz — əlacsız
  • NAÜMİD naümid bax ümidsiz
NATÜRMÓRT
NAÜMİDCƏSİNƏ
OBASTAN VİKİ
Dəşti-Naümid
Dəşti-Naümid (fars. دشت ناامید‎) - Orta Asiyada, Əfqanıstan - İran sərhədində yerləşən səhra. Dəşti-Kəvir səhrasının tərkib hissəsini təşkil edir.

Digər lüğətlərdə