NAMƏHRƏM

[ fars. na… və ər. məhrəm]
1. is. İslam dininə görə, qadının yaşınmalı olduğu kişi, yaxud kişinin görməyə ixtiyarı olmadığı qadın (qız). Naməhrəmdən yaşınmaq köhnədən qalma adətdir.
[Məşədi Qədir:] Yəni arvadlar gərək üzlərini açsınlar, naməhrəmlər də onlarla söhbət etsinlər. T.Ş.Simurq.

2. sif. Şəriətə görə, məhrəm olmayan.
[Sona xala:] A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən. S.S.Axundov.
[Yaşlı kişi:] Mən yad və naməhrəm qadınları qonaq saxlamağa hazır deyiləm, – dedi. S.Hüseyn.

3. sif. Yad, özgə, kənar.
Xotkar özü tapşırıb ki, gərək bir naməhrəm adam Nigar xanımın boyunu görməsin. Koroğlu”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAMƏHRƏM naməhrəm bax yad I

Etimologiya

  • NAMƏHRƏM Na farsca inkarlıq bildirir, məhrəm isə ərəbcə “yaxın qohum, yaxın adam” deməkdir. Naməhrəm kəlməsi “yaxın olmayan” (yad) deməkdir
NAMƏ
NAMƏQBUL

Digər lüğətlərdə