NAMİQKAMAL

bax: Namiq və Kamal.
NAMİQƏ
NAMİL
OBASTAN VİKİ
Namiqkamal Əliyev
Namiqkamal (Namiq Kamal) Məmməd oğlu Əliyev (1932) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri (1980–1988), Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədri (1991–1992). Namiqkamal Məmməd oğlu Əliyev 1932-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1957–1963-cü illərdə Bakı gəmi tərsanəsinin mühəndisi, Elmi Tədqiqat Neft-Kimya Prosesləri İnstitutunun böyük mühəndisi olmuşdur. 1963-cü ildən Sumqayıt kimya kombinatının baş mexaniki, baş mühəndisi, Oktyabr inqilabı adına üzvi məhsullar zavodunun direktoru, baş mühəndisi, qaz emalı zavodunun sonra isə Azərqaznəqliyyat İstehsalat Birliyinin direktoru vəzifələrində işləmişdir. Namiqkamal Əliyev 1980-ci ildə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri təyin edilmişdir. 1988-ci ildə nazirlik ləğv edilənədək bu vəzifədə işləmiş, 1991–1992-ci illərdə isə Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədri olmuşdur. Namiqkamal Əliyev 1961-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı olmuşdur.