NARAZILIQ

is. Qeyri-məmnunluq, razı olmama, inciklik, bir şeyə mənfi münasibət. Narazılığını bildirmək. Narazılıq göstərmək.
– Şükür açıqcasına görürdü ki, ətrafına toplaşan adamlarda ruh düşkünlüyü ilə qarışıq bir narazılıq var. S.Hüseyn.
Kənd arasında narazılıq başlandı. İ.Hüseynov.

□ Narazılıq eləmək – razı qalmadığını, razı düşmədiyini bildirmək (göstərmək), narazı olmaq, mənfi münasibətini bildirmək.
…Anam həyatından narazılıq etmir, mənimlə təsəlli tapırdı. A.Şaiq.
Bəziləri də moizədən narazılıq eləyirdilər. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NARAZILIQ hiddət — qəzəb — qeyz — ixtilaf
  • NARAZILIQ 1. NARAZILIQ [Qəmər:] Onlar tərəfindən bir qədər narazılıq oldu (S.S.Axundov); DEYİNTİ (dial.) Qulunun qaşqabağı yernən gedir, deyəsən deyintişi var (
NARAZI
NARBİTİ
OBASTAN VİKİ
Haqlı narazılıq (film, 1988)

Digər lüğətlərdə