NAX

is. Qafqaz qrupuna daxil olan dillərdən biri.
NAHİYƏ
NAXA
OBASTAN VİKİ
Nax-Dağıstan dilləri
Nax-Dağıstan dilləri — Qafqaz dillərini bir qolu və ya qrupu. Əsasən Çeçen, İnquş və Dağıstan respublikalarında, qismən də Azərbaycan və Gürcüstan Respublikalarında yayılmışdır. 7 milyona yaxın daşıyıcısı vardır. Fonoloji sistem 3-10 sait və 35-45 samit fonemdən ibarətdir.
Dranq nax Osten
Dranq nax Osten (alm. Drang nach Osten‎ — "Şərqə basqın") — XIX əsrin ortalarında meydana çıxan və əsrin ikinci yarısında millətçi diskussiyalarda işlənmiş ifadə. Bu termin XIX əsrdə kayzer Almaniyasında və daha sonra nasist təbliğatında Almaniyanın şərqə doğru ekspansiyasına istinad etmək üçün istifadə edilmiş və almanların digər xalqlarla rəqabətdə "yaşayış sahəsini" genişləndirmək üçün şərqdə alman müstəmləkəçiliyinin strateji əhəmiyyətini vurğulamışdır.XX əsrdə bu termin Sovet və Polşa tarixçiləri tərəfindən alman ekspansiyasını təsvir etmək üçün istifadə edilmişdir. "Drang nach Osten" doktrinasının ideoloji əsası " Ostforschung " alman elmi tədqiqat istiqaməti çərçivəsində yaradılmışdır.
Cümə məscidi (Naxçıvan)
Cümə məscidi – Naxçıvandakı Atabəylər memarlıq ansamblının ən monumental tikililərindən biridir. XX əsrin əvvəllərində uçurularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır. Mərənd və Urmiya məscidləri kimi Naxçıvan cümə məscidinin də günbəzlə örtülən kubvari gövdəsinin güney üzündən başqa, qalan üzlərinin hər birində iki sivri açırım olmuşdur. Bu fakt göstərir ki, Mərkəzi Azərbaycanda XII əsrdə yerli monumental cümə məscidi tipi işlənib hazırlanmışdı. Foto sənədlərə əsasən Naxçıvan cümə məscidinin məqsurəsinin üç yandan yerləşgələrlə dövrələndiyi bəlli olur. Ancaq bu yerləşgələrin necəliyini daydınlaşdıran dəlillər yox dərəcəsindədir. Bu baxımdan V. A. Engelqardın XIX yüzildəki məlumatı maraq doğurur. Onun yazdığına görə "Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı sə uçmaq təhlükəsindədir. Ondan 50 sajen (təqribən 107 m) aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen (təqribən 42 m) ucalıqda qoşa minarəli qapı var.
Cəfərqulu Xan Naxçıvanski
Cəfərqulu xan Naxçıvanski (5 fevral 1859, Naxçıvan – ən tezi 1929, Naxçıvan) — görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli Xan Naxçıvanskinin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı, Cəmşid Naxçıvanskinin atası. II Kalbalı xanın digər oğlu Cəfərqulu xan Naxçıvanski 1860-cı il fevralın 17-də Naxçıvanda anadan olmuşdur. İlk təhsilini çarın Paj korpusunda almışdır. Hərbi xidməti dövründə 1877-ci il iyunun 10-dan ulan alayının leyb-qvardiyasında kornet, sonra isə 15-ci Tver alayında poruçik rütbəsində qulluq etmişdir. O, Mərkəzi Asiya, Ərzurum və Ahaltəkədə hərbi əməliyyatlarda yaxından iştirak etdiyinə görə 1881-ci ildə ştabs-kapitan rütbəsi almışdır. Hərbi xidmətlərinə görə III dərəcəli "Müqəddəs Stanislav", IV dərə- cəli "Müqəddəs Vladimir", III dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Mü- qəddəs Stanislav" ordenləri ilə təltif edilmişdir Cəfərqulu Xan Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında və bölgənin qarşılaşdığı problemlərin həllində mühüm rol oynamışdır. Cümhuriyyətin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak etmişdir. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kalbalı xan və Kərim xan Irəvanski ilə birlikdə mahalda yeni qurum–Müvəqqəti hökumət yaratmış və onun sədri olmuşdur. Naxçıvandakı ingilis general-qubernatoruna ünvanladığı 1919-cu il 26 fevral tarixli məktubda Osmanlı qoşunlarının getməsindən sonra ermənilərin bölgə üçün təhlükə yaratmasından və mahalın Azərbaycan Xalq Cümhuriyyətindən aralı düşməsindən ciddi narahatlıq, diyarın ana torpaqla – Azərbaycanla birləşə bilməsi üçün şəraitin təmin olunması istəyi ifadə olunmuşdur.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən peşəkar teatr. Eynalıbəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı "Müsəlman incəsənəti və dram cəmiyyəti" tərəfindən ilk dəfə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah cadükün" əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyuldu. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyuldu. Ardınca M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər", "Lənkəran xanının vəziri", "Hacı Qara" komediyaları, N. Vəzirovun "Müsibəti-Fəxrəddin", Ə. Haqverdiyevin "Dağılan tifaq", N. Nərimanovun "Nadir şah" və s. əsərləri tamaşaya qoyuldu. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.
Cəlil Məmmədquluzadənin ev-muzeyi (Naxçıvan)
Cəlil Məmmədquluzadənin Ev Muzeyi – Böyük publisist və ədib Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılmış ev muzeyi. Muzey Cəlil Məmmədquluzadənin Naxçıvan şəhəri, İdris Məmmədov küçəsində yerləşən evində, Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin 1998-ci il, 31 dekabr tarixli sərəncamı ilə yaradılmışdır. Muzeyin açılışı 13 oktyabr, 1999-cu ildə baş tutmuş və açılış mərasimində şəxsən iştirak edən H. Əliyev nitq söyləmişdir. Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Cəlil Məmmədquluzadəyə və onun ailəsində məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır. Cəlil Məmmədquluzadənin ev-muzeyinin binası şərq memarlıq üslubunda tikilmiş XIX əsrə aid olan yaşayış evidir. Bina XIX əsrin ortalarında çiy kərpicdən tikilmiş və sonralar bişmiş kərpiclə üzlənilmişdir. Onun ümumi sahəsi 100 m², divarların qalınlığı isə 78 sm-dir. Bina iki mərtəbəlidir. İkinci mərtəbədə 2 otaq, 1 vestübül və 1 açıq balkon yerləşir.
Cəmşid Naxçıvanski
Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski (23 avqust 1895, Naxçıvan – 26 avqust 1938) — Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri (5 dekabr 1935). Kəngərli sülaləsinin sonuncu generalı. Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur.. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir. Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci Müqəddəs Anna ordenli ilə təltif olunmuşdur. Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır..
Cəmşid Naxçıvanski (film, 1982)
Film görkəmli sərkərdə, general Cəmşid Naxçıvanskinin keçdiyi şərəfli həyat yolundan bəhs edir. Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Ramiz Duyğun Operator: Rafiq Qəmbərov, Amin Novruzov Səs operatoru: Akif Nuriyev Mətni oxuyan: Nuriyyə Əhmədova (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Cəmşid Naxçıvanski adına Hərbi Lisey
Cəmşid Naxçıvanski adına hərbi lisey — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi lisey. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C. Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C. Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı.
Cəmşid Naxçıvanski adına hərbi litsey

Cəmşid Naxçıvanskinin ev muzeyi
Cəmşid Naxçıvanskinin ev muzeyi — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Atatürk küçəsində tarixi-memarlıq abidəsi. Şərq və Qərb memarlıq elementlərindən istifadə edilərək tikilmiş xan evi. Muzey 1981-ci ildə Kəngərli xanları nəslinin nümayəndəsi, Azərbaycan Atıcı Diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar yaradılmışdır. Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən 3208 eksponat nümayiş etdirilir ki, bunlara da fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və s. aiddir. Bunların içərisində C.Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur. Muzeyin binası XIX əsrin II yarısında Cəmşid Naxçıvanskinin atası Cəfərqulu xan tərəfindən tikdirilmişdir. 1920-ci ilə qədər Cəmşid Naxçıvanskinin ailəsi bu evdə yaşamışdır. Bina 2 mərtəbəlidir. Birinci mərtəbəyə giriş cənub tərəfdəki həyətdəndir.
Cəmşid xan Naxçıvanski
Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski (23 avqust 1895, Naxçıvan – 26 avqust 1938) — Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri (5 dekabr 1935). Kəngərli sülaləsinin sonuncu generalı. Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur.. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir. Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci Müqəddəs Anna ordenli ilə təltif olunmuşdur. Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır..
Diviziya Komandiri Naxçıvanski (1982)
Film görkəmli sərkərdə, general Cəmşid Naxçıvanskinin keçdiyi şərəfli həyat yolundan bəhs edir. Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Ramiz Duyğun Operator: Rafiq Qəmbərov, Amin Novruzov Səs operatoru: Akif Nuriyev Mətni oxuyan: Nuriyyə Əhmədova (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Duzdağ (Naxçıvan)
Duzdağ – Kəngərli rayonu ərazisində dağ (hünd. 1153,8 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun uzaq cənub qurtaracağında, eyniadlı platonun hüdudlarında zirvə. Naxçıvan şəhərindən 10–12 km şimal-qərbdədir. Yarımsəhra landşaftı var. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin maili yatan və duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Dağın cənub yamacında istismar edilən duz yatağı yerləşir. Burada 1967-ci ildə baş vermiş uçqun nəticəsində qədim (e.ə. 3-2-ci minilliklər) daşduz mədəni aşkar olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Duzdağ sinklinalının şimal-qərb qanadında yerləşir.
Dövlət Statistika Komitəsi (Naxçıvan)
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi-statistika sahəsində muxtar respublikada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və muxtar respublikada sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Komitənin əsasnaməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 06 iyul tarixli 169-III FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovdur. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi Azər Zeynalov tərəfindən 2023-cü il 7 aprel tarixindı bu vəzifəyə təyin edilib.
Dədə Qorqudun heykəli (Naxçıvan)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Ehsan Xan Naxçıvanski
Ehsan xan Naxçıvanski (polkovnik-leytenant)
Ehsan xan Naxçıvanski (II)
Ehsan xan Naxçıvanski (1855 — 1894) — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı. II Kalbalı xanın böyük oğlu II Ehsan xan 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. II Ehsan xan ilk təhsilini çarın paj korpusunda almışdı. Ona ulan alayının leyb-qvardiyasında fəal iştirakına və yüksək nizamintizama görə 1876-cı ildə poruçik rütbəsi verilmişdir. 1879-cu ildə Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolay Akademiyasına qəbul olmuş II Ehsan xan təhsilini yarımçıq qoyaraq 1880-1881-ci illərdə Mərkəzi Asiyada gedən hərbi əməliyyatlara qatılmış və ağır kontuziya almışdır. II Ehsan xan döyüşlərdə göstərdiyi xidmətlərə görə III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Anna”, qeyri-xristianlar üçün “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüş, 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir.
Ehsan xan Naxçıvanski (III)
Ehsan xan Naxçıvanski (20 oktyabr 1891, Naxçıvan – Naxçıvan) — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı. III Kalbalı xan 1891-ci il oktyabrın 20-də Naxçıvanda anadan olmuşdur. O, 1909-cu ildə kadet korpusunu bitirərək Qafqaz hərbi məktəbinin Nikolayev eskadronunda yunker rütbəsində xidmətə başlamışdır.Xidmətinin sonrakı mərhələlərində Varşavada hərbi xidmətini davam etdirir.Onun I Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi şücaətləri diqqətdən kənarda qalmamış, 1916-cı ildə ştabs-rotmistr rütbəsinə yüksəldilərək, III dərəcəli "Müqəddəs Stanislav", IV dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Müqəddəs Stanislav" və III dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif edilmiş- dir. III Kalbalı xan 1915-ci ildə qızıl "Georgi silahı" ilə mükafatlandırılmış- dır. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişi və iğtişaşlar vaxtilə Romanovlar sülaləsinin tabeliyində olan Qafqazı da öz cənginə almışdı. Azərbaycanın Naxçıvan bölgəsinin ermənilər tərəfindən talan edilməsi, əhalisinin dəhşətli cinayətlərlə qarşılaşması çar ordusunda xidmət edən Naxçıvanskilərin böyük bir qisminin Naxçıvana qayıtmalarına səbəb olur. Onların arasında pokovnik-leytenant III Kalbalı xan Naxçıvanski də vardı. Ermənilərin Naxçıvana ərazi iddiaları, yerli əhalini qətlə yetirmələri xalqın səbir kasasını daşdırmışdı.
Ehsan xan Naxçıvanski (general-mayor)

Ermənilərin Naxçıvana köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Gömürdağ (dağ, Naxçıvan)
Gömürdağ, Kömürdağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsi aiddir. Sıldırım yamaclıdır (hünd. 3375,9 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin andezitli porfirit lavalarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Şimal-qərb yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.
Hinduşah Naxçıvani
Hinduşah Naxçıvani (tam adı: Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani; 1245, Xarabagilan, Ordubad rayonu – 1328) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi. Alim Elxanilər dövründə mühüm vəzifələrdə çalışmış, ərəb, türk və fars dillərini mükəmməl bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Onun fars dilində yazdığı "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri Azərbaycanın və bəzi Yaxın Şərq ölkələrinin ictimai-siyasi tarixinə həsr olunmuşdur. Alimin yazdığı "Sihah əl-Əcəm" ("Əcəmin etibarlısı", "mötəbəri") əsərində 4000 sözü əhatə edən farsca-türkcə (azərbaycanca), fars dilinin Azərbaycan (türk) və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvani "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyinində katibin göstərişləri") əsərinin müəllifidir. Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xaraba Gilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar. Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur.
Həsən Naxçıvani
Həsən Naxçıvani (tam adı: Şeyx Həsən Səlahəddin Naxçıvani Bulqari;1206, Naxçıvan – 1298, Təbriz) — alim və mütəfəkkir. Həsən Naxçıvani 1206-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Geniş biliyə malik şəxsiyyət olmuşdur. 15 yaşında ikən atasını itirmiş, ailəsi ilə birlikdə Xoy şəhərinə köçmüşdür. Atası Xacə Ömər bəzi məlumatlara görə varlı tacir, bəzi məlumatlara görə isə irfan əhli idi. Onun məzarının Cənubi Azərbaycanda, Xoy şəhəri kənarında olduğunu yazırlar. 23 yaşında monqollarun Xoya hücumu zamanı əsir düşən Həsən ömrünün yeddi ilini qürbətdə əsarətdə keçirib. Monqollar onu Volqa çayının şimalında yerləşən torpaqlara – Bulğar ölkəsinə aparıblar. O, doqquz il (bəzi məlumatlara görə hətta 30 il) bulğarların arasında yaşayır. Bulğarlar türk əsilli qədim Bulğar xanlığının varisləri idi.
II Ehsan xan Naxçıvanski
II Ehsan xan II Kalbalı xan oğlu Naxçıvanski — Çar Rusiyası ordusunun polkovniki, hərbçi. 1800-cü ildən sonra Naxçıvan xanlığına, həmçinin quberniya dövrünə aid sənədlərdə 3 Ehsan xanın adına rast gəlinir. Bunlardan birincisi Ehsan xan I Kalbalı xan oğludur, ikincisi general-mayor II Kalbalı xan Naxçıvanskinin oğlu Ehsan xan, üçüncüsü isə Cəfərqulu xanın oğlu podpolkovnik Ehsan xandır. Rusiya Dövlət Hərb Tarixi Arxivinin 400-cü fondundakı sənədlərdən aydın olur ki, II Ehsan xan 14 iyul 1855-ci ildə Naxçıvan şəhərində general-mayor II Kalbalı xan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Ailədə üçüncü övlad olsa da, oğlanların ən böyüyü olan II Ehsan xan 12 yaşınadək Naxçıvanda təhsil almış, 1867-ci il iyulun 31-də Sankt-Peterburqdakı Paj korpusunda oxumağa getmişdir. 3 sentyabr 1868-ci ildən 31 may 1873-cü ilədək Paj korpusunda təhsil almışdır. O, Paj korpusunu əla qiymətlərlə bitirmiş və birinci dərəcə almışdır. Qeyd edək ki, o, atasından sonra ikinci azərbaycanlıdır ki, Paj korpusunda oxumuşdur. 10 sentyabr 1873-cü ildə II Ehsan xan Əlahəzrət çarın Sankt-Peterburqdakı Ulan (nizəli süvari əsgər) polkunun saray qvardiyasının korneti (süvari hissədə kiçik zabit) olmuşdur. II Ehsan xana 4 aprel 1876-cı ildən poruçik (zabit) rütbəsi verilmişdir.
II Yekaterina abidəsi (Naxçıvan-na-Donu)
II Yekaterina abidəsi — Rostov-na-Donu şəhərində vaxtı ilə yerləşən monumental abidələrdən biri. Abidə rus çariçası II Yekaterinanın şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Matvey Afanaseviç Çijov və Matvey Matveeviç Çijov olmuşdur. Abidə 1894-cü ildə quraşdırılmışdır. Abidə Sovet hakimiyyəti qurulduqdan sonra dağıdılmışdır. Bu abidənin altlığı üzərində isə Karl Marksa heykəl ucaldılmışdır. Şəhərdə II Yekaterina abidənin ucaldılması şəhər dumasının rəhbəri tərəfindən irəli sürülmüşdür. Abidənin ucaldılması 1879-cu ilə planlaşdırılırdı. Bu şəhərin salınmasının yüz illiyi münasibətinə düşünülürdü. Bununla belə vısait çatışmazlıı səbəbindən işlər dayanmışdı.

Digər lüğətlərdə