NİM

f. bax nimə.

NİLUFƏR
NİMCAN
OBASTAN VİKİ
Nim (rayon)
Nim (fr. Nîmes) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qar. Suprefektura — Nim. Rayon əhalisi 2006-cı ildə 505 853 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 161 nəf / km². Rayon ərazisi — 3133 km².
Nim Olimpik FK
"Nim Olimpik" Futbol Klubu (fr. Nîmes Olympique club de football, Nim Olimpik və sadəcə Nim olaraq da bilinir) — Fransanın Nim şəhərini təmsil edən, Liqa 2-də oynayan və 1937-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu tutumu 18,482 nəfər olan Kostiyer stadionudur. Klubun hal-hazırkı baş məqşçisi Bernar Blankardır.
Siu Nim Tao
Siu Nim Tao (小念頭) - Vin Çun döyüş sənətində ilk öyrənilən "açıq əl" hərəkətlərinin kompleks formasıdır. Mənası "Kiçik ideyanın yumruğu" ifadəsini verir. Bu formada düzgün dayanmağa, dirsəyin düzgün vəziyyətinə, nəfəs vermə və nəfəs alma qaydalarının düzgünlüyünə, əl hərəkətlərinin düzgün yerinə yetirilməsinə diqqət yetirilir. Həm də bu forma ilə meditasiya etmək olar.
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) == Apollon və Dəfnə == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Exo (nimfa)
Exo (yun. Ἠχώ "əks səda") yunan mifologiyasında personaj, dağ nimfası - oreada. Rəvayətə görə Exo Zevsin nimfa ilə sevişməsini duymaması üçün Heranı daşındırdığı üçün ilahə onu nəhlətləyərək öz səsini almışdır. Buna gürə də danışmağı bilməyən Exo ancaq çağırışlara sonuncu sözü təkrarlayaraq hay verərmiş. Digər bir rəvayətə görə Nərgizə vurulan Exo ünsiyyət tapa bilməməsi üzündən məhəbbət qəmindən ölür, ondan tək səda və daşa dönmüş sümükləri qalmış olur. == Exo və Nərgiz == Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo Nərgiz ov edərkən görmüş və ona aşiq olmuşdur. Danışa bilmədiyindən eşqini ona aşa bilməmişdir.
Filira (nimfa)
Filira (yun.
Kalipso (nimfa)
Kalipso (yun. Καλυψώ) yunan mifologiyasında Ogigia adasında yaşamış dəniz nimfası, titan Atlantın qızı , Hesiod teoqoniyasına görə Okean və Tefidanın qızı okeanida , Apllodora görə Nerey və Dorida qızı nereid kimi göstərilib.
Kallisto (nimfa)
Kallisto (yun.
Kirena (nimfa)
Kirena (yun.
Koronida (nimfa)
Koronida (yun. Κορωνίς) yunyn mifologiyasında nimfa, Apollonun sevgilisi və təbabət tanrısı Asklepin anası.
Lavandula nimmoi
Lavandula nimmoi (lat. Lavandula nimmoi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lavandula bipinnata var.
Leonard Nimoy
Leonard Nimoy (ing. Leonard Simon Nimoy; 26 mart 1931[…] – 27 fevral 2015[…], Bel-Eyr (Los-Anceles), Los-Anceles, ABŞ) — ABŞ aktyoru. "Star Trek" teleserialında Spok personajının ifası ilə məşhurlaşmışdı. == Həyatı == Leonard Simon Nimoy 26 mart 1931-ci ildə Massaçusetsin Boston şəhərində Ukraynanın İziaslav şəhərindən olan yəhudi mühacirlərin ailəsində anadan olub.
Martin Nimöller
Martin Fridrix Qustav Emil Nimöller (alm. Martin Friedrich Gustav Emil Niemöller‎; 14 yanvar 1892, Lippştadt, Almaniya İmperiyası — 6 mart 1984, Visbaden, Almaniya Federativ Respublikası) — protestant din xadimi, protestant yevangelist kilsəsinin pastoru, Almaniyada ən məşhur nasizm əleyhdarlarından biri, Beynəlxalq kilsələr şurasının prezidenti, "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Lenin mükafatı laureatı (1967). İlk vaxtlarda Hitleri dəstəkləyən Nimöller, nasistlərin hakimiyyətə gəlməsindən və onların irəli sürdükləri "ali irq" ideyasını, anti-dini kampaniyanı və yəhudilərə qarşı tətbiq etdikləri sərt qanunları gördükdən sonra qatı nasizm əleyhdarına çevrilmiş və Almaniyada Hitleri açıq şəkildə tənqid etməyə başlamışdır. Bu fəaliyyətinə görə 1937-ci ildə həbs edilmiş və yalnız 1945-ci ildə müttəfiq qoşunları tərəfindən Daxau həbs düşərgəsindən azad edilmişdir. Nimöllerin "Onlar gələndə" şeiri böyük populyarlığa malikdir: Nasistlər kommunistlərin dalınca gələndə, mən susdum, çünki mən kommunist deyildim. Onlar sosial-demokratları içəri atanda, mən susdum, çünki mən sosial-demokrat deyildim. Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər, mən heç nə demədim, çünki həmkarlar ittifaqının üzvü deyildim. Sonra onlar yəhudilərin dalınca gəldilər, mən heç nə demədim, çünki mən yəhudi deyildim. Onlar mənim dalımca gələndə, buna etiraz edəcək heç kim qalmamışdı.
Nima Qum Muzeyi
Nima Qum Muzeyi (仁摩サンドミュージアム, Nima Sando Myuciamu) – Yaponiyanın Şimane prefekturasının Oda şəhərində, keçmiş Nima qəsəbəsinin ərazisində yerləşən və quma həsr olunmuş muzey. Burada dünyanın ən böyük qum saatı saxlanılır. Muzeyin açılışı 3 mart 1991-ci ildə yerli bələdiyyə başçısının iştirakı ilə baş tutmuşdur. Muzeyin yaradılmasında məqsəd qəsəbə yaxınlığında yerləşən Kotoqahama çimərliyinin qumunu nümayiş etdirərək turist cəlb etmək olmuşdur. Belə ki, bu çimərliyin qumu "oxumaq" xüsusiyyətinə malikdir. Muzeyin memarı Nimada doğulmuş Şin Takamatsudur. O, muzeyin ən hündür piramidasını anasının qəbrindən görünə biləcək şəkildə dizayn etmişdir. Muzey altı şüşə piramidadan ibarətdir. Ən böyük şüşə piramidasında Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən böyük qum saatı saxlanılır. Bu qum saatının yuxarı kürəsinin tam boşalması və aşağı kürəsinin tam dolması düz 1 il çəkir.
Nima Yuşic
Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır.
Nima Ərkani Hamid
Nima Ərkani Hamid (ing. Nima Arkani-Hamed; 5 aprel 1972, Hyuston, Texas) — İran əsilli Amerika-Kanada nəzəri fiziki. Ərkaninin valideynləri Iran və Təbriz şəhərinin əhalisindəndirlər.
Nimahil
Nimahil (fars. نمهيل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 791 nəfər yaşayır (186 ailə).
Nimann-Pik xəstəliyi
Nimann-Pik xəstəliyi və ya sfinqomielinlipidoz – irsi sfinqomielinaza fermentinin irsi defekti ilə əlaqədar baş verən xəstəlik. Xəstəlik zamanı beyin qabığı hüceyrələrində, beynin ağ maddəsində, qaraciyərdə, dalaqda, sümük iliyində, böyrəküstü vəzilərdə, böyrəklərdə, limfa düyünlərdə, dəridə və qanın mononuklear hüceyrələrində (monositlər və limfositlər) sfinqomielinlərin miqdarı artır. Xəstəliyin ilk əlaməti həyatın ilk ilində (çox vaxt 6-7 aylıq uşaqlarda) təzahür edir: tədricən qaraciyər və dalaq böyüyür, kəskin arıqlama və psixi inkişafın ləngiməsi müşahidə edilir; mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması fonunda piramid sistemin zədələnməsi əlamətləri müşahidə edilir (hərəkət pozulması, spasifik iflic və s.). Sonralar əzələ tonusu və reflekslər zəifləyir; idiotiya, korluq və karlıq müşahidə edilir. Xəstəlik 5 yaşına qədər ölümlə nəticələnir (xəstə uşaqların tez-tez infeksion və iltihabi xəstəliklərə tutulması ölüm hallarını tezləşdirir). Toxuma və üzvlərdən götürülmüş biopsiya müayinələrində Pik hüceyrələrinin görünməsi bu xəstəliyin əsas morfoloji diaqnostik kriteriyası sayılır. Xəstəliyin A, B, C olmaqla 3 tipi mövcudddur. Bir-biri ilə əlaqəli olan A və B tip 1 – cili turş sfinqomielinaza fermentinin əksikliyi və bunun nəticəsində sfinqomielin toplantısı ilə xarakterikdir. A tip xəstəlikdə, ağır formada sfinqomielinaza əksikliyi görünür, sfinqomielinin seramid və fosforilxolinə parçalanmasında pozğunluq yaranır. Bütün faqosit hüceyrələrində və neyronlarda artıq miqdarda sfinqomielin toplanır.
Nimba dağı
Nimba dağı və ya Riçard-Molard dağı — Afrikada 3 respublikanın ərazisində yerləşən Nimba dağı və onun ətrafındakı əraziləri əhatə edən qorunan təbiət ərazisidir. 1981-ci ildə 155-ci üzv kimi YUNESKO-nun Ümumdünya irsi sıyahısına salınmışdır Heyvan növləri arasında müxtəlif antilop cinsləri, böyük pişiklər, müşk pişiyi və müxtəlif məməli və sürünənlər də vardır. Burada daşları alət və vasitə olaraq istifadə edən şimpanzelər də yaşayır. Nimba Dağı Qvineya, Kot-d'İvuar və Liberiya arasında yerləşir. Kot-d'İvuarda qalan hissə mühafizə olunan bölgəyə daxil deyil. Nimba Dağı 1 752 metr yüksəklikdə olub 40 km-lik bir dağ silsiləsinin hissəsidir. Təbiət Qoruma Sahəsi yüksək otlaq, savanna düzənliyi və yağış meşələrindən ibarətdir. Kütləvi olaraq Liberiyadan qaçqınların gəlməsindən sonra Qvineya 1992-ci ildən bəri bu sahədə dəmir filizinin çıxarılmasına icazə vermiş və bu bölgəni təhlükə altına atmışdır. Nəzarətsizlik, qanunsuz ovlanma və yanğınlar bölgənin təbiətinə böyük zərər yetirir. Bu səbəblərdən 2013-cü ildən təhlükə altındakı abidələr siyahısındadır.
Nimba dağı Təbiət Qoruğu
Nimba dağı Təbiət Qoruğu — Qvineya və Kot-d'İvuar ərazisində yerləşən, Qvineyada 12540 hektar, Kot-d'İvuarda isə 5000 hektar olmaqla 17.540 hektarlıq ərazini əhatə edən qorunana təbiət ərazisi və UNESCO-nun Ümumdünya irsi ərazisi. Qoruq Nimba silsiləsinin əhəmiyyətli hissələrini,yerli endemik növlərin də daxil olduğu qeyri-adi dərəcədə zəngin flora və faunası olan coğrafi baxımdan unikal bir ərazini əhatə edir. Ən yüksək zirvəsi hər iki ölkənin ən yüksək zirvəsi olan 1.752 m (5.750 ft) hündürlüyündəki Nimba dağıdır. Təbiət qoruğu Kot d'İvuarda 1943-cü ildə 4190 SE/F Sərəncamı ilə, Qvineyada isə 1944-cü ildə yaradıldı. Qvineya hissəsi 1980-ci ildə biosfer qoruğu olaraq qəbul edildi. Hər iki ehtiyat 1981 (Qvineya) və 1982-ci ildə (Kot d'İvuar) ümumi bir Ümumdünya irsi sahəsi yaratmaq üçün birləşdirildi. 1992-ci ildə ərazidə mədən üçün dəmir filizi kəşfiyyatı başlandı və qoruq o vaxtdan bəri UNESCO-nun Təhlükədə olan Dünya İrsinin siyahısına daxil edilmişdir. Ərazidə təkmilləşdirilmiş bir qoruma naminə Qvineya Parkları Vəqfi tərəfindən bir konservasiya idarəetmə mərkəzi qurulub. Layihə 2016-cı ildə Qvineya Hökuməti və CEGENS tərəfindən təsdiqlənmişdir. Nimba silsiləsi şimali-cənub-qərb istiqamətə yönəlmiş, təxminən 40 km-ə qədər uzanan dar bir silsilədir.
Nimbeluk
Nimbiluk — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Nimbiluk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,886 nəfər və 946 ailədən ibarət idi.
Nimbiluk
Nimbiluk — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Nimbiluk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,886 nəfər və 946 ailədən ibarət idi.
Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Nimet Çubukçu
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Nimfalar
Nimfalar ya Nimfa (yun. Νύμφη, "həddi-büluğa çatmış qız", "gənc qız"; lat. nympha) — yunan mifologiyasında təbii ruh və ya təbiət hadisələrinin qız cildində canlanmış ruhları. Nimfalar adətən təbiət qoynunda: meşələrdə, bulaqlarda, dağ və yamaclarda məskən salıb yaşayarmışlar. satirlər kimi nimfalar da yer səthində baş verən təbii hadisələrin ruhlarıdırlar. Rəvayətə görə onlar təbiət qoynunda Panın müşaiyəti ilə nəğmələr oxuyar, rəqs edər, Artemida ilə ova çıxar və Dionisin təşkil etdiyi kef məclislərində iştirak edərdilər. Hərdən insanlarla ünsiyyətə girərək qəhrəmanlarla sevişərmişlər. Dağlarda yaşayan nimfalar oreadlar, meşə və ağaclarda məskən salmış nimfalara diriadlar və hamadriadlar, bulaqlarda yaşayan nimfalara nayadalar və dəniz nimfaları isə nereidalar adlandırılır. Təbiət gözəlliklərinin tərənnümçüləri olan nimfalar incəsənət əsərlərində bənzərsiz dağınıq saçlara malik rəqs edən, nəğmə oxuyan və çələng toxuyan, bəzən yarı çılpaq gözəl qadın simasında təsvir edilirlər.
Nimfalar (Buqro)
Nimfalar (ing. The Nymphaeum) — Vilyam Buqronun çəkdiyi rəsm əsəri. Yağlı boya ilə kətan üzərində işlənmiş əsər 1878-ci ildə Parisdə tamamlanmşdır. Əsərdə gölməçədə çimən və əylənən mifik qəhrəmanlar - nimfalar təsvir edilmişdir. Buqro digər oxşar mövzulu əsərlərindən fərqli olaraq bu əsərdə tünd rəngli boyalara üstünlük vermişdir.

Digər lüğətlərdə