NİV

f. 1) şücaətli, qəhrəman; 2) navalça.

NİTQÜLLAH
NİYABƏT
OBASTAN VİKİ
Niv Kavana
Niv Kavana (irl. Niamh Kavanagh; d. 13 fevral 1968, Dublin, İrlandiya) - İrlandiya müğənnisi. O, İrlandiyaya 1993 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazandırmışdır. Niv Kavana 1993-cü ildə İrlandiyanın Milstrit şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində "In Your Eyes" adlı mahnı ilə ev sahibi ölkəni təmsil etmiş və 25 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır.. Mahnı həmin illərdə İrlandiya və Böyük Britaniya radiolarının ən çox səsləndirilən mahnılarından biri idi. Daha sonra 17 illik fasilədən sonra Niv Kavana 2010-cu ildə bir daha Avroviziyaya geri dönmüşdür. Norveçin paytaxtı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində "It's for You" mahnısı ilə İrlandiyanı təmsil edən Niv ölkəsini müsabiqənin final mərhələsinə yüksəltməyə nail olmuşdur. Finalda isə müğənni 25 iştirakçı arasında 23-cü yerdə qərarlaşmışdır. Əsasən Avroviziyadakı qalibiyyətinə görə tanınan müğənni 2015-ci ildən etibarən səhnədən uzaqlaşmışdır və buna səbəb kimi Niv ailəsinə daha çox vaxt sərf etmək istəməsini göstərmişdir.
Cypripedium niveum
Paphiopedilum niveum (lat. Paphiopedilum niveum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Cypripedium niveum Rchb.f. (basionym) Cordula nivea (Rchb.f.) Rolfe Cypripedium niveum var. album auct. Paphiopedilum niveum f.
Dayki Niva
Dayki Niva (16 yanvar 1986) — Yaponiya futbolçusu. Yaponiya milli futbol komandasının heyətində 2 oyun keçirib.
Dendrobium secundum var. niveum
Dendrobium secundum (lat. Dendrobium secundum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista secunda (Blume) Kuntze Pedilonum secundum Blume Dendrobium heterostigma Rchb.f. Dendrobium secundum f. album Valmayor & D.Tiu Dendrobium secundum var. album Sander Dendrobium secundum var. niveum Rchb.f.
Eatonella nivea
Echinops niveus
Echinops niveus (lat. Echinops niveus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Sphaerocephalus niveus (Wall.
Erigeron nivalis
Erigeron nivalis (lat. Erigeron nivalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Galanthus nivalis
Qar xədicəgülü (lat. Galanthus nivalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin xədicəgülü cinsinə aid bitki növü.
Jurinea nivea
Jurinea nivea (lat. Jurinea nivea) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Koki Niva
Koki Niva (丹羽 孝希, Niva Koki, 10 oktyabr 1994, Tomakomai) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Koki Niva Yaponiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub. Daha sonra Koki Niva Yaponiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Lada Niva
Niva (VAZ-2121 və LADA 4x4 adları ilə də məşhur) — Sovet və Rus avtomobil istehsalçı firması AvtoVAZ tərəfindən istehsal olunan kələ-kötür ərazi üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi. Xüsusilə keçmiş SSRİ ölkələrində hal-hazırda xüsusi modifikasiyalar altında məşhurlaşmışdır. Kanadada (1998-ci ildən sonra satışı ləğv edildi), Cənubi Amerikada, İslandiyada da məşhurlaşmış və torpaq şərtlərinin çətin olduğu yerdə istifadəsi əlverişli olmuş, geniş istifadə olunmuşdur. Avstraliya kimi bölgələrdə isə isti iqlim şəraiti üçün kondisionerinin uyğun olmaması səbəbindən populyarlığı məhdud olaraq qaldı. Avtomobil modeli İslandiyada Lada Sport və Avstriyada Lada Taiga adı ilə tanınmışdır. Dünyada off-road nəqliyyat vasitələrinin kütləvi istehsal olunduğu model olan Niva, monokok quruluşu və müstəqil ön asma və qıvrım asma bacarıqlarına görə bugünkü yolsuzluq avtomobillərinin pioneridir. Bütün Avropada 2121 kod adı ilə tanınan Niva, 1976-cı ildə dövrünün yenilikçi texniki imkanları ilə istehsal xəttindən çıxdı. Lada Niva dizaynerləri tərəfindən Land Rover şassisinə yerləşdirilmiş Renault 5 kimi təsvir edilmişdir. "Daimi 4 təkərli sürücü sistemi və monokok korpusu yalnız Range Rover-də və 1970-ci illərdə bir neçə markada mövcud idi. Sahədəki üstün imkanlarına paralel olaraq prospektdə istifadəsi rahatlığı səbəbindən ilk SUV nümunəsidir.
Lamium maculatum var. niveum
Lamium maculatum (lat. Lamium maculatum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. Lamium affine Guss. & Ten. Lamium album var. maculatum L. Lamium cardiaca Cogn. Lamium columnae Ten. Lamium cupreum Schott Lamium cupreum subsp. dilatatum (Schur) Nyman Lamium dilatatum Schur Lamium elegantissimum Schur [Illegitimate] Lamium foliosum Crantz Lamium grandiflorum Willd. ex Benth.
Lamium niveum
Lamium maculatum (lat. Lamium maculatum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. Lamium affine Guss. & Ten. Lamium album var. maculatum L. Lamium cardiaca Cogn. Lamium columnae Ten. Lamium cupreum Schott Lamium cupreum subsp. dilatatum (Schur) Nyman Lamium dilatatum Schur Lamium elegantissimum Schur [Illegitimate] Lamium foliosum Crantz Lamium grandiflorum Willd. ex Benth.
Linaria nivea
Linaria nivea (lat. Linaria nivea) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü.
Lupinus niveus
Lupinus niveus (lat. Lupinus niveus) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Niva Vinnitsa PFK
Nıva (Vinnıtsya) — Vinnitsa şəhərini təmsil edən Ukraynanın peşəkar futbol klubu. "Nyva" adı "taxıl tarlası" deməkdir. Klub ilk dəfə Sovet İttifaqında 1958-ci ildə yaradılıb və 2005 və 2012-ci illərdə ləğv edilib, lakin 2015-ci ildə yenidən Nyva-V adı ilə yaradılıb və 2018-ci ildə Nyva adlandırılıb. 1 dəfə Avropa kuboklarında iştirak edib. 10 avqust 2023-cü il tarixi üçün.
Nival iqlim
Nival iqlim lat. nivalis — qarlı, soyuq – Penkin (1910) iqlimlərin geomorfoloji təsnifatına görə, soyuq iqlim olub, ilin isti fəsillərində əriyib buxarlana bilən hissəsindən daha artıq yağan yağıntıların (qar şəklində) miqdarının artıq olması ilə səciyyələnir. İlin soyuq vaxtlarında yağan qarın əriyib, buxarlanmayan hissəsi ildən-ilə toplanıb, firn və buza çevrilir. Qütb en dairələrinin arktik qurşağı və dağların qar sərhədindən yuxarı zonaları üçün səciyyəvidir. Nival qurşaq - ing. nival belt rus. нивальный пояс dağların ən yüksək təbii qurşağı, iqlim qar sərhədindən yuxarıda yerləşir. Qar yığını, buzlaqlar və intensiv fiziki aşınma səciyyəvidir. Üzvi aləmi çox kasıb, bitki örtüyü zəifdir. Aşağı sərhədi qütb dairəsində dəniz səviyyəsinə qədər enir.
Nival qurşaq
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.
Nivasiya (qar eroziyası)
Nivasiya, qar eroziyası (rus. нивация, ing. nivation) — ekzogen relyef əmələgətirici proses, əsasən qütb, subqütb və yüksək dağlıq rayon­larda qarın təsiri altında baş verir. Bunun üçün havanın tempe­ratu­runun suyun donma həddi ətrafında tərəddüdü və ərimiş qar suyunun olması vacib şərtdir.
Nivaş (Sərdəşt)
Nivaş (fars. نيواش‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 263 nəfər yaşayır (31 ailə).
Nivelir
Nivelir — Nisbi hündürlüyü nivelir adlanan alətlə ölçürlər. Nivelir (fr. nivelir-hamarlamaq) — Yer səthində olan nöqtələrin hündürlük fərqinin müəyyən edilməsi üçün geodeziya alətidir. Nivelirin əsas hissəsi düzgün olaraq üfüqi istiqamətdə qurulmuş baxış borusundan ibarətdir. Üzərində bölgüləri olan iki şaquli reykanın nivelrdən görünən rəqəmləri arasında fərq, reykanın qurulduğu nöqtələrin hündürlük fərqinə bərabərdir. Dəqiq nivelirləmə zamanı Yerin əyriliyi nəzərə alını, Günəş şüaları düz yayılır, üfüqi səth əyri görünür, xətaların aradan qaldırılması üçün nivelir iki reyka arsında qurulur. Nivelirlə hündürlüklər fərqinin müəyyən edilməsi nivelirləmə adlanır. Təpənin müəyyən yamaclarından ölçülən zaman nisbi hündürlük müxtəlif qiymətlər ala bilər. Ona görə mütləq hüdürlükdən istifadə olunur.
Nivelirləmə
Nivelirləmə (rus. нивелирование, ing. levelling) ({{dil-tr|niveler, hamarlamamaq, düzəltmək, niveau – səviyyə) — yer səthində hər hansı məntəqənin, dəniz səviyyəsinə və ya seçilmiş nöqtəyə (məntəqəyə) nisbətən, yüksəkliyinin təyini.
Nivli (Urmiya)
Nivli (fars. نيولو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (61 ailə).
Nivola-Vermel
Nivola-Vermel (fr. Nivolas-Vermelle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyo-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38276. Kommunanın 1999-cu il üçün əhalisi 1823 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.