NƏRİLTİ

is.
1. Bağırtı, böyürtü, qışqırıq, çığırtı, nərə səsi.
[Ovçular] mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. S.S.Axundov.

2. məc. Gurultu, uğultu, dəhşətli səs.
Hamı dənizin heybətli nəriltisini dinləyirdi. M.Hüseyn.
Haradansa, uzaqlardan şiddətlə qayalara çarpan dəniz dalğalarının qorxunc nəriltisi gəlirdi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NƏRİLTİ bağırtı — qışqırtı
NƏRİLDƏMƏK
NƏRİLTİLİ

Digər lüğətlərdə