OĞURLUQ

is.
1. Başqasının malını, şeyini, pulunu və s. oğurlama işi; oğrunun işi, peşəsi. Oğurluqla məşğul olmaq. Oğurluq cinayətdir.
[Şahbaz bəy:] Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə.
Ömründə oğurluq etməyən muzdur bir neçə an fikir etdiyindən qəbih əməlin qəbahətini düşünməyə başladı. S.M.Qənizadə.

2. Oğurlanmış.
Axşam satılan oğurluq maldan pristavın payı gətirilib qumar oynadığı yerdə özünə verildi. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OĞURLUQ OĞURLUQ ..o məni apardı inəyi göstərsin və onun oğurluğu barəsində məlumat versin (C.Məmmədquluzadə); ƏLİƏYRİLİK Sambalovun özünü əliəyrilik üstündə i
OĞURLATMAQ
OĞURLUQCA

Digər lüğətlərdə