OLİQARXİYA

[ yun. oligarchia]
1. Qədim və orta əsrlərdə: cəmiyyətin zadəganlardan ibarət yuxarı təbəqəsinin əsasında qurulan dövlət üsulu, habelə hakimiyyət sürən bu qrupun özü.
2. məc. İri inhisarçı kapitalın nümayəndələrindən ibarət kiçik bir qrupun siyasi və iqtisadi hakimiyyəti. Maliyyə oliqarxiyası.
OLEÁNDR
OLİ́MP
OBASTAN VİKİ
Oliqarxiya
Oliqarxiya (yun. ὀλιγαρχία (oligarchia), q.yun. ὀλίγον (oligon), "azacıq" və q.yun. ἀρχή(arche), "hakimiyyət" ,(azlığın hakimiyyəti — qeyri-demokratik rejimin bir növü. Politologiya (Bakı,2007) adlı əsərdə qeyd olunduğu kimi, oliqarxiya dedikdə, kiçik bir qrup varlı adamların siyasi və iqtisadi həyatda hökmranlığı başa düşülür. Aristotelə görə o, aristokratik idarəetmənin təhrif olunmuş formasıdır.Yeni dövrdə "olqarxiya" anlayışı R.Mixels tərəfindən yenidən dirçəldilmişdir. Müasir dövrdə həm ənənəvi, həm də oliqarxik rejimlər mövcuddur. Ənənəvi rejimə-bir neçə qüdrətli ailənin hakimiyyəti aiddir. Orada hakimiyyətin dayağı hərbçilərdir. (Qvatemala, Nikaraqua -1979-cu ilə qədər).

Digər lüğətlərdə

вояжи́ровать вымерза́ть вы́си докле́ивать нагла́живание писа́льный са́нки специализи́роваться этимологиза́ция воспроизвести́ огоро́шивать разруши́тельница са́льность санинспе́кция упру́гость юни́ца Crow Jim ischemia kitchen-sink press conference зажиточный калибровать колхозник лежбище силосование