OYNAQLIQ

is.
1. Oynaq şeyin halı; mütəhərriklik, qərarsızlıq.
Payız havasının oynaqlığındanmı, yoxsa Bakı ilə buranın arasındakı məsafənin uzaq olmasındanmı, nə isə hava xeyli dəyişmişdi. M.Rzaquluzadə.

2. Daim oynaqlama, atılıb-düşmə, oynama xasiyyəti; qərarsızlıq.
[Dilbər] bir saniyə üçün keçmiş uşaq oynaqlığı ilə Məryəmin üzərinə atılmaq, qucmaq, öpmək istədi, amma dayandı. C.Cabbarlı.

3. məc. Şuxluq, işvəkarlıq.
4. məc. İfadəlilik, gözəllik, yüngüllük, canlılıq. Nitqin oynaqlığı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OYNAQLIQ gümrahlıq — şuxluq
  • OYNAQLIQ yüngüllük — yelbeyinlik — dəmdəməkilik
  • OYNAQLIQ cəldlik

Antonimlər (əks mənalı sözlər)

  • OYNAQLIQ OYNAQLIQ – SÜSTLÜK Əmin ol ki, Özdəmiri səfil edən həm Afətdir, həm də onun oynaqlığıdır (H.Cavid); Süstlük onu qaradinməzləşdirmişdir (“Azərbaycan”)
OYNAQLAŞMAQ
OYNAMA

Digər lüğətlərdə

бесчи́сленность бом марсиа́не отверга́ться отличи́ть переозву́чить раскла́дчица регистри́рование ти-ти-ти́ чернори́зческий шерше́бка кувыркну́ться наме́нивать обсека́ние рассо́вывать рети́вый кочень azurmalachite Byron coco palm cuspate miner засчитать подгадить роженица