PIÇILDAMAQ

f. Yavaşcadan, pıçıltı ilə demək (çox vaxt “qulağına” sözü ilə).
[Məhəmmədcəfər] əyilib yavaşcadan qulağıma pıçıldadı. Qantəmir.
Diyar kişi dirsəyi ilə arvadına toxunub pıçıldadı. Ə.Məmmədxanlı.

// məc. Obrazlı təşbehlərdə.
Qovaq ağaclarının yarpaqları sanki yoldan ötənlərə nağıllar pıçıldardı. Ə.Məmmədxanlı.

PIÇILDAMA
PIÇILDAŞMA

Digər lüğətlərdə