PALİ́TRA

is. [ fr. ]
1. Rəssamın iş prosesində rəng qarışdırdığı nazik taxta parçası; sini, saxsı lövhə.
2. Rəssamın yaradıcılıq üslubuna xas olan bədii ifadə vasitələrinin məcmusu.
PALIDLIQ
PALLI-PALTARLI
OBASTAN VİKİ
Palitra
Palitra (ing. palette) – 1. Rəsm proqramlarında və ya qrafik redaktorlarda: mümkün rənglər toplusu. Palitranın rənglər toplusu kompüterin aparat təminatının imkanları ilə müəyyən olunur (o, ilk növbədə monitorun və videoadapterin xarakteristikalarından asılı olur). Bəzi rənglər “hazır” verilir, qalanlarını isə özünüz ala bilərsiniz. Bəzi proqramlarda palitrada obyektlərin içərisini doldurmaq üçün naxışlar, müxtəlif növ çərçivələr (qıraqlar), çeşidli rəsm alətləri də olur. 2. Rənglər cədvəlinin konkret anda ekranda əks etdirilə bilən rəngləri müəyyən edən altçoxluğu. Palitradakı rənglərin miqdarı bir pikseli göstərmək üçün istifadə olunan bitlərin miqdarı ilə müyyən olunur. Məsələn, 4 bitlə göstərilən piksel 16 rəngdən biri ola bilər.
Palitra (qəzet)
Palitra — 2013-cü ildən etibarən çap olunan gündəlik qəzet. == Tarix == Müstəqil ictimai-siyasi qəzet olan "Palitra" 14 sentyabr 1999-cu il tarixində dövlət qeydiyyatından keçib. İlk baş redaktoru Azər Sarıyev olub. Təsisçisi K. R. Əliyevadır. Qəzet 1999–2012-ci illərdə həftədə üç dəfə olmaqla müntəzəm nəşr olunub. 2013-cü ilin əvvəlindən başlayaraq həftədə 5 dəfə nəşr olunmaqla gündəlik qəzet kimi fəaliyyət göstərir. Qəzetin online variantı "palitranews.az" saytıdır. Namiq Əliyev 2003-cü ildən baş redaktordur.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə (film, 2006)
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə — Azərbaycan sənədli filmi. == Məzmun == Film Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadənin həyatından, onun keçdiyi zəngin yaradıcılıq yolundan bəhs edir. Rəssamın ağır gəncliyi, tələbəlik illəri, habelə işlədiyi dövrdə qarşısına çıxan çətinliklər filmdə onun özü tərəfindən lakonik şəkildə təsvir olunur. Mənzərə, natürmort və portret ustası olan rəssamın əsərləri də filmdə özünə yer tutmuşdur. Onun haqqında danışan xalq rəssamları Fərhad Xəlilov və Mais Ağabəyov, eləcə də onun dostu, bəstəkar xalq artisti Arif Məlikov səmimi fikirlərini bölüşmüşlər. Rəssamın tamaşaçılarla bölüşdüyü xatirələrində onun Musiqili Komediya Teatrında işlədiyi dövr, Şıxəli Qurbanov, Şəmsi Bədəlbəyli, Niyazi haqqındakı söhbətləri maraqlı şəkildə təsvir olunmuşdur. Uzun illər dostluq etdiyi maestro Niyazi ilə münasibətləri haqqında danışdıqları bu dostluğun, maestronun, eləcə də rəssamın özünün xarakterinin bəzi maraqlı çalarlarını diqqətimizə çatdırır. Filmdə rəssamın ailə həyatından da kadrlar göstərilməklə onun həyat yoldaşının portretləri diqqəti cəlb edir. Gənc rəssamlara tövsiyələrini verən rəssam, filmin sonunda yaşadığı mənalı ömrə görə taleyinə minnətdar olduğunu bildirir.
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə

Digər lüğətlərdə

аргона́вт наморо́зить обезбо́лить переина́чить полоня́ть прити́скивать ленд-ли́з мокросту́пы полусухо́й тайме́нь холоди́льный черка́ться бадья опал common shares feedwater fly up horned lark prayer-tower Rizaiyeh size up ельник кювет невидимость соблюсти