PANORAM

[ yun. pan – hamı və horama – görünüş] 1.Yuxarıdan işıq düşən girdə binanın divarlarında çəkilmiş iri şəkil; məkan sənəti növlərindən biri. Panoramanın ən yaxşı nümunələri. Panorama tamaşaçıda real məkan illüziyası əmələ gətirir.
2. Adətən yuxarıdan baxdıqda göz qabağında açılan geniş mənzərə.
◊ Panoram filmi – iri yarımdairəvi ekranda, yaxud tamaşaçıları hər tərəfdən əhatə edən ekranda nümayiş etdirilmək üçün xüsusi aparatlarla çəkilmiş kinoşəkil.
Panoram kinoteatrı – panoram filmləri nümayiş etdirmək üçün xüsusi cihazlarla təchiz olunmuş kinoteatr.
Panoramlı əsər – dolğun xarakterlərlə zəngin, müxtəlif epizodlardan ibarət əsər.
PANNO
PANORAMA
OBASTAN VİKİ
Panoram
Panoram — fiziki mənadakı bir sahənin geniş bucaqla hər hansı bir görünüşüdür. Boyama, şəkil, fotoşəkil, film/video və ya üç ölçülü bir modeldə tətbiq oluna bilər. Həmçinin, hərəkətli şəkil termini (pan, pannig, panama; kameranı çevirərək əldə edilən görünüş) panoramdan törədilmişdir. Söz əslində İrlandiyalı rəssam Robert Barker tərəfindən Edinburghun panoramik şəkillərini təyin etmək üçün icad edilmişdir. Silindirik bir səthə göstərilən şəkillər, silindrin içindən araşdırılmışdır. Bu işlər 1792-ci ildə Londonda panoram adıyla sərgiləndi. Böyük ölçülü panoramları sərgiləmək məqsədiylə tikilən strukturlara panaromik strukturlar deyilir. Silindr formasında olan və işığı üstdən alan/sahə bu strukturlarda, şəkil bütün şaquli səthləri kəsiksiz olaraq qablar/örtər və silindrin döşəməsində olan yüksəldilmiş bir platformadan seyr edilərdi. Bu növdən ilk nümayiş 1799da Parisdə R. Fulton tərəfindən edilmişdir. Panorama strukturlarında ümumiyyətlə təbii görünüşlər və döyüş səhnələri sərgilənərdi.
Panoram fotoqrafiya
Panoram fotoqrafiya — panoram şəkil çəkilməsinə əsaslanan fotoqrafiya texnikası. Panoram fotoçəkiliş sayəsində geniş bucaqlı zəngin məzmun fotoşəkildə əks olunur. Bu termin altında aşağıdakılardan hər hansı biri nəzərdə tutulur: geniş və hətta 180 dərəcəni aşan baxış bucağı altında çəkilmiş fotoşəkil; tərəflərinin nisbəti 1x2, 1x3 və daha geniş olan "uzun formatlı" adi fotoşəkil; müxtəlif adi və ya geniş ölçülü kadrların birləşdirilməsindən yaradılmış fotoqrafiya. Fotoaparatı dayaq üzərinə qoyaraq və ya ştativ vasitəsilə sabit bir ox ətrafında çevirərək də 360 dərəcəlik çekiliş əldə etmək mümkündür. == Xarici keçidlər == DMOZ-da Panoram/360° fotoqrafiya texnika və stilləri DMOZ-da Panoram şəkil qalereyaları Panoram fotokameraların tarixçəsi 1843–1994 Stanford University CS 178 interactive Flash demo explaining the construction of cylindrical panoramas.
Panorama
Respublikanın panoramı (film, 1962)
Panorama azadlığı
Panorama azadlığı — ictimai yerlərdə yerləşən müəllif hüquqları ilə qorunan obyektlərin (binalar, heykəllər və s.) şəkillərini çəkmək və sərbəst şəkildə yaymaq imkanı. Panorama azadlığı müxtəlif yurisdiksiyaların müəllif hüquqları qanunlarında daimi olaraq ictimai yerdə yerləşən binaların, bəzən heykəllərin və digər sənət əsərlərinin fotoşəkillərini və video görüntülərini çəkməyə və digər təsvirləri (məsələn rəsm əsəri) yaratmağa icazə verən müddəadır. Panorama azadlığı qanunları və ya presedent hüququ müəlliflik hüquqları sahibinin bu cür şəkillərin yaradıcılarına və paylayıcılarına qarşı müəllif hüquqlarının pozulmasına görə tədbir görmək hüququnu məhdudlaşdırır. Müəlliflik hüququ sahibinin törəmə əsərlərin yaradılmasına və yayılmasına icazə vermək müstəsna hüququna malik olması normal qaydadan istisnadır. Müxtəlif ölkələrin qanunları obyektlərin fotoşəkillərini çəkmək hüquqlarına görə fərqlənir. Xüsusilə, Fransada (o dərəcədə ki, bəzi müddəalarda işıqlandırmanın müəllif hüquqlarına görə ictimai mülkiyyətdə olan, müəlliflik hüququ bitmiş Eyfel qülləsinin gecə çəkilmiş fotoşəklini sərbəst şəkildə yaymaq qadağandır) bu qaydalar çox sərtdir. Almaniyada və küçədə və ya ictimai yerlərdə obyektlərin və insanların fotoşəkillərinin dərc edilməsinin qadağan edilmədiyi digər ölkələrdə bu qaydalar nisbətən yumşaqdır. Bəzi ölkələrdə (Böyük Britaniya, Almaniya, Çin Xalq Respublikası) panorama azadlığı qanunla təsbit olunub. Digərlərində isə (keçmiş SSRİ-nin bəzi dövlətləri, Fransa, Rumıniya) qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. ABŞ, Cənubi Koreya, Rusiya kimi ölkələrdə bu yalnız müəyyən kateqoriyalı obyektlərə, məsələn yalnız binalara aiddir.

Digər lüğətlərdə